DTX əməliyyat keçirib:Həbs olunan BALAYEV KİMDİR?
26 Oktyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
530
17.03.2020, 10:42
Bakıda bacı və qardaşını öldürməyə cəhddə təqsirləndirilən 1971-ci il təvəllüdlü İlham Bədəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə ötən ilin oktyabrında Xəzər rayonu Binə qəsəbəsində baş verib. İlham Bədəlov münaqişə zamanı burğacla bacısı, 1970-ci il təvəllüdlü Aygün Bədəlovaya hücum edərək ona xəsarətlər yetirib.
Daha sonra o, "KİA" markalı avtomobilinə əyləşərək, maşını qardaşı, 1973-cü il təvəllüdlü Elxan Bədəlovun üzərinə sürüb və ona ağır bədən xəsarəti yetirib.
Saxlanılan zaman İlham Bədəlov bildirib ki, münaqişəyə səbəb xəstə atasına düzgün qayğı göstərilməməsi olub. O, az qala bütün sutkanı işlədiyini, evdə ondan başqa üç bacısı və üç qardaşı olmasına baxmayaraq, atasına baxmadıqları üçün özündən çıxdığını qeyd edib.
İstintaq orqanı tərəfindən İlham Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.