Anasını yandıran şəxsə hökm oxundu
26 Oktyabr 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1027
11.03.2020, 11:27
Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsinin yeni detalları məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb.
Məlumata görə, F.Ağayevlə birgə Ramil Talıblı adlı şəxs də həbs edilib və onun barəsində CM-in 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülüb.
Artıq hər iki şəxsin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, F.Ağayev ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olub.
00:00 / 27 Oktyabr 2026
15
23:43 / 26 Oktyabr 2026
68
23:30 / 26 Oktyabr 2026
61
23:16 / 26 Oktyabr 2026
77
23:08 / 26 Oktyabr 2026
64
22:58 / 26 Oktyabr 2026
76
22:56 / 26 Oktyabr 2026
77
22:51 / 26 Oktyabr 2026
61
22:34 / 26 Oktyabr 2026
306
22:30 / 26 Oktyabr 2026
75
22:11 / 26 Oktyabr 2026
77
22:11 / 26 Oktyabr 2026
69
22:04 / 26 Oktyabr 2026
88
22:02 / 26 Oktyabr 2026
81
21:58 / 26 Oktyabr 2026
70
21:53 / 26 Oktyabr 2026
178
21:44 / 26 Oktyabr 2026
73
21:32 / 26 Oktyabr 2026
75
21:30 / 26 Oktyabr 2026
76
21:05 / 26 Oktyabr 2026
1269
21:02 / 26 Oktyabr 2026
87
20:56 / 26 Oktyabr 2026
103
20:30 / 26 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.