Qaynar xətt:

(+99450) 247 90 86

Bütün ölkə karantinə alındı - Təcili tədbirlər planı həyata keçirilir

Bütün ölkə karantinə alındı - Təcili tədbirlər planı həyata keçirilir

DÜNYA

622

10.03.2020, 09:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliyanın Baş naziri Cüzeppe Konte ölkədə koronavirusun yayılması ilə əlaqədar təcili tədbirlər paketini elan edib.

KONKRET.az Corriere della Sera-ya istinadən xəbər verir ki, ölkədə bütün ictimai tədbirlərə qadağa qoyulub, məktəblər və universitetlər bağlanıb, milli futbol çempionatı dayandırılıb.

Bundan əlavə, Konte ölkə ərazisində karantin tədbirlərinin genişləndirildiyini elan edib, bu da vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur. “Son məlumatlara, infeksiyaların və ölüm hallarının artmasına görə, Lombardiya və bəzi digər zonalarla əlaqəli tədbirləri ölkə daxilində genişləndirmək qərarına gəldik”, – deyən Konte yeni tədbirlərin 10 Mart günü qüvvəyə minəcəyini açıqlayıb. “Hamımız İtaliyanın xeyirinə bir şeydən imtina etməliyik. Artıq 1 və 2 nömrəli qırmızı zonalar olmayacaq, amma bütün İtaliya qorunan zonaya çevriləcək”.

Qeyd edək ki, İtaliyada 9,1 mindən çox yeni növ koronavirusla yoluxma hadisəsi qeydə alınıb, 724 nəfər sağalıb, 463 nəfər ölüb.