Anasını yandıran şəxsə hökm oxundu
26 Oktyabr 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
793
07.03.2020, 11:42
Binəqədi rayonu ərazisində yerləşən iki marketdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda mağazada satıcıların başının qarışmasından istifadə edərək piştaxtaların üzərində olan iki ədəd mobil telefonu oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini Xaliq Qəribov tutulub.
Onun mağazalardan oğurluq etməsi obyektlərin müşahidə kameraları vasitəsi ilə anbaan lentə alınıb. Xaliq Qəribov ifadəsində törətdiyi hadisələri etiraf edib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində paytaxtın müxtəlif yerlərində azyaşlı uşaqları aldadaraq onların mobil telefonlarını əllərindən alan şəxs saxlanılıb. Tədbir zamanı yetkinlik yaşına çatmayan Bakı şəhər sakini Bahadur Məmmədov (ad və soyad şərtidir) tutularaq istintaqa təqdim edilib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
00:00 / 27 Oktyabr 2026
15
23:43 / 26 Oktyabr 2026
68
23:30 / 26 Oktyabr 2026
61
23:16 / 26 Oktyabr 2026
77
23:08 / 26 Oktyabr 2026
64
22:58 / 26 Oktyabr 2026
76
22:56 / 26 Oktyabr 2026
77
22:51 / 26 Oktyabr 2026
61
22:34 / 26 Oktyabr 2026
306
22:30 / 26 Oktyabr 2026
75
22:11 / 26 Oktyabr 2026
77
22:11 / 26 Oktyabr 2026
69
22:04 / 26 Oktyabr 2026
88
22:02 / 26 Oktyabr 2026
81
21:58 / 26 Oktyabr 2026
70
21:53 / 26 Oktyabr 2026
178
21:44 / 26 Oktyabr 2026
73
21:32 / 26 Oktyabr 2026
75
21:30 / 26 Oktyabr 2026
76
21:05 / 26 Oktyabr 2026
1269
21:02 / 26 Oktyabr 2026
87
20:56 / 26 Oktyabr 2026
103
20:30 / 26 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.