Qaynar xətt:

(+99450) 247 90 86

İsmayıllıda PARTLAYIŞ: yaralı var

İsmayıllıda PARTLAYIŞ: yaralı var

KRİMİNAL

764

06.03.2020, 13:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı rayonunda partlayış olub.

Trend-in məlumatına görə, hadisə rayonun Sumağalı kəndində baş verib.

Kənd sakini, 1952-ci il təvəllüdlü Bayramov İsrayıl Şahverən oğlu yaşadığı evin həyətindəki hamama daxil olaraq isti suyu açmaq istəyib. Həmin an hamamda partlayış baş verib. Partlayış nəticəsində İ.Bayramov müxtəlif bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olan İ.Bayramova ilkin tibbi yardım göstərilib. O, daha sonra Bakıya köçürülüb.

Faktla bağlı araşdırma aparılır.