COOPO Azərbaycanda UGC marketinq qaydalarını dəyişir
20 Noyabr 2026, 16:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
894
28.02.2020, 12:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluqdan Oxu24.com-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralov fevralın 28-də Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər və Sabirabad rayonundan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 17 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
16:58 / 20 Noyabr 2026
18
16:54 / 20 Noyabr 2026
39
16:43 / 20 Noyabr 2026
191
16:21 / 20 Noyabr 2026
80
16:20 / 20 Noyabr 2026
96
16:05 / 20 Noyabr 2026
72
15:58 / 20 Noyabr 2026
74
15:55 / 20 Noyabr 2026
75
15:48 / 20 Noyabr 2026
81
15:35 / 20 Noyabr 2026
79
15:25 / 20 Noyabr 2026
85
15:23 / 20 Noyabr 2026
94
15:19 / 20 Noyabr 2026
118
15:15 / 20 Noyabr 2026
99
15:07 / 20 Noyabr 2026
89
15:00 / 20 Noyabr 2026
115
14:54 / 20 Noyabr 2026
92
14:40 / 20 Noyabr 2026
1140
14:34 / 20 Noyabr 2026
123
14:25 / 20 Noyabr 2026
116
14:10 / 20 Noyabr 2026
134
14:06 / 20 Noyabr 2026
138
14:05 / 20 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.