Azərbaycada məşhur icra başçısı vəfat etdi - FOTO
27 Aprel 2026, 00:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1001
27.02.2020, 19:22
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev 4 ay əvvəl icra başçısı vəzifəsiylə vidalaşsa da, yenə rayonun idarə olunmasında əsas söz sahiblərindən biridir.
Oxu24.com bildirir ki, bu barədə Xaçmazda fəaliyyət göstərən idarə müdirlərindən biri Yenisabah.az saytına məlumat verib. Mənbə deyib ki, Xaçmazın yeni başçısı Elnur Rzayev sələfinin razılığı olmadan heç bir təyinat gerçəkləşdirə bilmir. Bəzi idarə və müəssisə rəhbərlərinin indiki deyil, sabiq icra başçısına hesabat verdiyi bildirilir.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev 15 il Xaçmaz rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il oktyabr ayının 31-də tutduğu vəzifədən azad edilib. Onu 39 yaşlı Elnur Rzayev əvəzləyib. Maraqlısı isə odur ki, Xanbabayev işdən azad olunduqdan sonra Bakıya qayıtmaq barədə düşünməyib. O, YAP-ın Xaçmaz rayon təşkilatının sükanı arxasına keçərək, rayonun idarə olunmasında mövqeyini qoruya bilib.
Həmçinin oxuyun
Şəmsəddin Xanbabayevin Xaçmazda əsas söz sahibi olduğunu təsdiqləyən digər faktlar da mövcuddur. 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd olmuş əməkdar jurnalist Azər Həsrət sabiq başçını seçki prosesinə müdaxilə etməkdə günahlandırıb. Azər Həsrət deyib ki, Şəmsəddin Xanbabayevin göstərişi ilə büdcə təşkilatlarının əməkdaşları konkret namizədin xeyrinə təbliğat aparıblar.
Qeyd edək ki, 81 yaşlı YAP sədrinin icra başçısı Elnur Rzayevə münasibətdə subordinasiya qaydalarına əməl etməməsiylə bağlı xəbər onun vəzifəsini itirdiyi ilk gündən meydana çıxıb. Xanbabayev icra hakimiyyətinin qonaq evini tərk etmədiyi üçün onun yerinə təyinat alan Elnur Rzayev bir neçə gün rayonun mərkəzində yerləşən “Elit” otelində gecələməli olmuşdu.
00:46 / 27 Aprel 2026
157
00:06 / 27 Aprel 2026
52
23:47 / 26 Aprel 2026
195
23:30 / 26 Aprel 2026
55
22:41 / 26 Aprel 2026
67
22:04 / 26 Aprel 2026
79
21:41 / 26 Aprel 2026
92
21:19 / 26 Aprel 2026
81
20:31 / 26 Aprel 2026
106
19:47 / 26 Aprel 2026
115
19:09 / 26 Aprel 2026
107
19:05 / 26 Aprel 2026
995
18:54 / 26 Aprel 2026
1695
18:49 / 26 Aprel 2026
84
18:48 / 26 Aprel 2026
130
18:11 / 26 Aprel 2026
111
17:49 / 26 Aprel 2026
114
17:34 / 26 Aprel 2026
50
17:32 / 26 Aprel 2026
175
17:18 / 26 Aprel 2026
93
17:08 / 26 Aprel 2026
94
16:57 / 26 Aprel 2026
86
16:40 / 26 Aprel 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.