Azərbaycada məşhur icra başçısı vəfat etdi - FOTO
27 Aprel 2026, 00:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
632
27.02.2020, 17:24
Bu gün Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidməti rəisinin müavinləri - general-leytenant Asif Cəbrayılov, general-leytenant Fərhad Tağı-zadə və general-leytenant Əsgər Xəlilovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılmaları ilə əlaqədar təntənəli tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətindən Oxu24.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının elan edilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev artıq uzun illərdir ki, yaranmış ənənəyə uyğun olaraq bu təntənəli tədbirin keçirildiyini qeyd edib, istefaya buraxılan ali hərbi rütbəli zabitlərə müstəqil Azərbaycanın sərhəd mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin yetişməsində səmərəli xidməti fəaliyyətlərinə görə təşəkkür edib, keçdikləri çətin və şərəfli xidmət yolunun yetişməkdə olan gənc nəslin formalaşmasına öz layiqli töhfəsini verdiyini xüsusi vurğulayıb.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni təltif edilmiş generalların ordenlərini onlara təqdim edib, dövlət sərhədlərinin mühafizəsi sahəsinə göstərdiyi ali diqqət və qayğıya görə Ali Baş Komandana bir daha minnətdarlığını bildirib.
Həmçinin oxuyun

Tədbirdə çıxış edən generallar yüksək dövlət mükafatı – 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, bütün xidməti fəaliyyətləri dövründə Ümummilli Lider Heydər Əliyevə və Prezidentə sədaqətlə xidmət etdiklərinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin mühafizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd ediblər.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya buraxılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.
00:46 / 27 Aprel 2026
157
00:06 / 27 Aprel 2026
52
23:47 / 26 Aprel 2026
195
23:30 / 26 Aprel 2026
55
22:41 / 26 Aprel 2026
67
22:04 / 26 Aprel 2026
79
21:41 / 26 Aprel 2026
92
21:19 / 26 Aprel 2026
81
20:31 / 26 Aprel 2026
106
19:47 / 26 Aprel 2026
115
19:09 / 26 Aprel 2026
107
19:05 / 26 Aprel 2026
995
18:54 / 26 Aprel 2026
1695
18:49 / 26 Aprel 2026
84
18:48 / 26 Aprel 2026
130
18:11 / 26 Aprel 2026
111
17:49 / 26 Aprel 2026
114
17:34 / 26 Aprel 2026
50
17:32 / 26 Aprel 2026
175
17:18 / 26 Aprel 2026
93
17:08 / 26 Aprel 2026
94
16:57 / 26 Aprel 2026
86
16:40 / 26 Aprel 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.