ENDİRİM BELƏ OLAR!
20 Noyabr 2026, 17:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1032
26.02.2020, 23:52
Britaniya şirkətinin sağlam qidalanma üzrə aparıcı mütəxəssisləri qadınların və kişilərin neçə yaşından sonra sürətlə kökəlməsi ilə bağlı araşdırma aparıblar.
Oxu24.com medicina.az-a istinadən bildirir ki, bunun üçün eksperimentlər aparılıb. Mütəxəssislər ilk növbədə min nəfərin vərdişləri, qida rasionu, daha sonra işlərinin xüsusiyyətləri hətta şəxsi münasibətləri də daxil olmaqla onların həyat tərzini təhlil edib.
Araşdırmaların nəticəsinə görə, qadınlar üçün ən təhlükəli yaş dövrü 35-40 arasıdır.
Zərif cinsin nümayəndələrinin əksəriyyəti hamiləlik zamanı kökəlməyə başlayır və hesab edir ki, ikicanlı olduğu üçün iki nəfərin yerinə yeməlidir. Lakin uşaq dünyaya gəldikdən sonra hamiləlik müddətində aldığı çəkilərdən sürətlə xilas ola bilmir və depressiyaya düşür.
Kişilər isə 40 -45 yaşından sonra köklüyə meylli olur. Buna səbəb xroniki yorğunluq və tənbəllikdir. Yaxud da karyera qurmaq həvəsi kişilərin başını o qədər qatır ki, idmanla məşğul olmağa sadəcə vaxt qalmır.
Bundan əvvəlki araşdırmalarda isə insanın 25 yaşından sonra sürətlə kökəlməyə başaldığı iddia edilmişdi. Bu, 25 yaşından sonra insanın yemək vərdişləri və hormonal tarazlıqlar dəyişməsi ilə izah olunmuşdu.
Hərəkətsiz həyat və nizamsız yuxu da buna əlavə olunduqda maddələr mübadiləsinin sürəti yavaşlayır və bədəndə yağ nisbəti artır. Beləliklə, kökəlmək qaçılmaz olur.
Yaş, cins, yuxu müddəti, mütəmadi aclıq halı, qızdırma ilə müşayiət olunan xəstəliklər, fiziki fəaliyyət kimi amillər və hormonlar da maddələr mübadiləsinin sürətinə təsir edə bilər. 25 yaşından sonra azalan bu sürət köklüyə gətirib çıxarır.
17:48 / 20 Noyabr 2026
8
17:34 / 20 Noyabr 2026
45
17:26 / 20 Noyabr 2026
63
17:14 / 20 Noyabr 2026
108
17:12 / 20 Noyabr 2026
83
17:09 / 20 Noyabr 2026
75
17:05 / 20 Noyabr 2026
80
16:58 / 20 Noyabr 2026
96
16:54 / 20 Noyabr 2026
85
16:43 / 20 Noyabr 2026
324
16:21 / 20 Noyabr 2026
111
16:20 / 20 Noyabr 2026
112
16:05 / 20 Noyabr 2026
95
15:58 / 20 Noyabr 2026
97
15:55 / 20 Noyabr 2026
99
15:48 / 20 Noyabr 2026
103
15:35 / 20 Noyabr 2026
102
15:25 / 20 Noyabr 2026
108
15:23 / 20 Noyabr 2026
115
15:19 / 20 Noyabr 2026
144
15:15 / 20 Noyabr 2026
114
15:07 / 20 Noyabr 2026
116
15:00 / 20 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.