ENDİRİM BELƏ OLAR!
20 Noyabr 2026, 17:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1584
26.02.2020, 22:16
Hil sağlamlıq üçün faydalı bitkilərdən biridir. Ağ və tünd yaşıl rəngdə olan hil çaya və yeməyə qarışdırılaraq istifadə olunur. Tünd yaşıl hilin faydası çox böyükdür. Mədə turşuluğunun aradan qaldırılmasında, qastrit və qıcqırma zamanı həmin ədviyyatdan geniş istifadə edilməsi məsləhətdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyada geniş yayılan hili çox vaxt "kralların ədviyyatı" adlandırırlar. Orta əsrlərdə Avropada hil dərman hesab olunub və apteklərdə satılırdı. Hil Hindistanda və Çində çaya əlavə olunaraq içilir.
Hil xüsusilə həzm sistemi üçün xeyirlidir. Məhz buna görə bəzi Şərq ölkələrində hil toxumları yeməkdən sonra çeynənilir. Ağızdan gələn pis qoxunu yox edir, ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir.
Təbii antiseptikdir, soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək çox müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.
Hilin aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stress və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.
Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.
17:48 / 20 Noyabr 2026
8
17:34 / 20 Noyabr 2026
45
17:26 / 20 Noyabr 2026
63
17:14 / 20 Noyabr 2026
108
17:12 / 20 Noyabr 2026
83
17:09 / 20 Noyabr 2026
75
17:05 / 20 Noyabr 2026
80
16:58 / 20 Noyabr 2026
96
16:54 / 20 Noyabr 2026
85
16:43 / 20 Noyabr 2026
324
16:21 / 20 Noyabr 2026
111
16:20 / 20 Noyabr 2026
112
16:05 / 20 Noyabr 2026
95
15:58 / 20 Noyabr 2026
97
15:55 / 20 Noyabr 2026
99
15:48 / 20 Noyabr 2026
103
15:35 / 20 Noyabr 2026
102
15:25 / 20 Noyabr 2026
108
15:23 / 20 Noyabr 2026
115
15:19 / 20 Noyabr 2026
144
15:15 / 20 Noyabr 2026
114
15:07 / 20 Noyabr 2026
116
15:00 / 20 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.