ENDİRİM BELƏ OLAR!
20 Noyabr 2026, 17:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
664
26.02.2020, 18:28
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini vermiş Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.
Mitinqin təşkilatçılarından D18 təşkilatının rəhbəri Ruslan İzzətlinin APA-ya verdiyi məlumata görə, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.
R. İzzətli bildirib ki, bu təkliflə razılaşmırlar: “Mitinqin harada keçiriləcəyi ilə bağlı mitinqin təşkilatçıları ilə bu gün görüş keçirib qərar verəcəklər”.
Qeyd edək ki, fevralın 24-də İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və Fərhad Mehdiyev (deputatlığa müstəqil namizəd) fevralın 29-da saat 15.00-dan 17.00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.
Günün təklif olunan videosu: Xüsusi təyinatlılar
17:48 / 20 Noyabr 2026
8
17:34 / 20 Noyabr 2026
45
17:26 / 20 Noyabr 2026
63
17:14 / 20 Noyabr 2026
108
17:12 / 20 Noyabr 2026
83
17:09 / 20 Noyabr 2026
75
17:05 / 20 Noyabr 2026
80
16:58 / 20 Noyabr 2026
96
16:54 / 20 Noyabr 2026
85
16:43 / 20 Noyabr 2026
324
16:21 / 20 Noyabr 2026
111
16:20 / 20 Noyabr 2026
112
16:05 / 20 Noyabr 2026
95
15:58 / 20 Noyabr 2026
97
15:55 / 20 Noyabr 2026
99
15:48 / 20 Noyabr 2026
103
15:35 / 20 Noyabr 2026
102
15:25 / 20 Noyabr 2026
108
15:23 / 20 Noyabr 2026
115
15:19 / 20 Noyabr 2026
144
15:15 / 20 Noyabr 2026
114
15:07 / 20 Noyabr 2026
116
15:00 / 20 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.