Yol polisindən qəza dayanma nişanı ilə bağlı sürücülərə xəbərdarlıq
20 Noyabr 2026, 19:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1054
23.02.2020, 18:34
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Oxu24.com-un məlumatına görə, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
Bu barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, səkkiz seçki məntəqəsində qanun pozuntularının olduğu öz təsdiqini tapıb.
A.Muxtarova təklif edib ki, həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılsın.
MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntəqələrdə də qanun pozuntularının olduğunu söyləyib.
O, həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.
Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb.
Qeyd edək ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi üzrə lider namizəd Səbinə Xasayevadır. Onun 26 yaşı var.
19:28 / 20 Noyabr 2026
10
19:23 / 20 Noyabr 2026
36
19:23 / 20 Noyabr 2026
37
19:16 / 20 Noyabr 2026
47
19:06 / 20 Noyabr 2026
47
18:57 / 20 Noyabr 2026
275
18:39 / 20 Noyabr 2026
66
18:30 / 20 Noyabr 2026
87
18:12 / 20 Noyabr 2026
72
18:06 / 20 Noyabr 2026
85
17:54 / 20 Noyabr 2026
89
17:48 / 20 Noyabr 2026
89
17:34 / 20 Noyabr 2026
100
17:26 / 20 Noyabr 2026
113
17:14 / 20 Noyabr 2026
225
17:12 / 20 Noyabr 2026
118
17:09 / 20 Noyabr 2026
101
17:05 / 20 Noyabr 2026
109
16:58 / 20 Noyabr 2026
149
16:54 / 20 Noyabr 2026
108
16:43 / 20 Noyabr 2026
450
16:21 / 20 Noyabr 2026
140
16:20 / 20 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.