Kombilərlə bağlı QƏRAR VERİLDİ: İcazə verilməyəcək – VİDEO
26 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
886
23.02.2020, 10:40
V çağırış Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri 73 yaşlı Hadi Rəcəblinin və həmin çağırış parlamentin deputatı 75 yaşlı Hüseynbala Mirələmovun alacağı pensiyanın miqdarı açıqlanıb.
Demokrat.az xəbər verir ki, qanunvericiliyə əsasən, əmək pensiyası yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
Hadi Rəcəbli komitə sədri olduğu üçün maaşı 1 980 (əlavələr buna aid deyil), Hüseynbala Mirələmov isə deputat kimi 1 732 manat maaş alıb. “Əmək pensiyaları haqqında” qanuna əsasən, H.Rəcəbli 1 526, H.Mirələmov isə 1 385 AZN pensiya alacaq.
Həmçinin oxuyun
Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilmiş iclasında 74 saylı Lənkəran kənd seçki dairəsinin (lider namizəd Hadi Rəcəbli), 33 saylı Xətai birinci seçki dairəsinin (lider namizəd Hüseynbala Mirələmov), 80 saylı İmişli-Beyləqan seçki dairəsinin (lider namizəd Çingiz Qənizadə), 35 saylı Xətai üçüncü seçki dairəsinin (lider namizəd Rauf Arifoğlu) nəticələri ləğv edilib.
H.Rəcəbli və H.Mirələmov bir daha namizədliklərini irəli sürməyəcəklərini bəyan ediblər. Ç.Qənizadə isə növbəti dəfə də deputatlığa namizəd olacağını açıqlayıb. Əgər 63 yaşlı yaşlı Ç.Qənizadə deputat seçilməzsə, işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alacaq. Bu qayda Fərəc Quliyevə də aiddir.
00:36 / 26 Aprel 2026
85
00:19 / 26 Aprel 2026
87
23:40 / 25 Aprel 2026
74
23:22 / 25 Aprel 2026
85
23:11 / 25 Aprel 2026
74
22:39 / 25 Aprel 2026
185
22:26 / 25 Aprel 2026
94
22:06 / 25 Aprel 2026
116
21:58 / 25 Aprel 2026
128
21:47 / 25 Aprel 2026
89
21:19 / 25 Aprel 2026
103
20:56 / 25 Aprel 2026
140
20:35 / 25 Aprel 2026
140
20:20 / 25 Aprel 2026
232
20:06 / 25 Aprel 2026
118
19:42 / 25 Aprel 2026
103
19:28 / 25 Aprel 2026
112
19:03 / 25 Aprel 2026
106
18:53 / 25 Aprel 2026
117
18:18 / 25 Aprel 2026
134
18:09 / 25 Aprel 2026
175
17:59 / 25 Aprel 2026
159
17:53 / 25 Aprel 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.