Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq
01 Fevral 2026, 20:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1103
14.02.2020, 10:36
Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Oxu24.com-a verilən məlumata görə, tədbirlər Planına əsasən, əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq. Nazirliyin “Məşğulluq” altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək.
İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.
2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir.
Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq.
Həmçinin oxuyun
İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır.
Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq.
Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq.
Günün təklif olunan videosu:
20:51 / 01 Fevral 2026
1
20:44 / 01 Fevral 2026
13
20:40 / 01 Fevral 2026
24
20:19 / 01 Fevral 2026
110
19:59 / 01 Fevral 2026
692
19:31 / 01 Fevral 2026
207
19:04 / 01 Fevral 2026
114
17:55 / 01 Fevral 2026
160
17:21 / 01 Fevral 2026
1370
17:19 / 01 Fevral 2026
176
17:04 / 01 Fevral 2026
176
16:49 / 01 Fevral 2026
457
16:47 / 01 Fevral 2026
87
16:26 / 01 Fevral 2026
256
16:14 / 01 Fevral 2026
199
16:06 / 01 Fevral 2026
146
15:51 / 01 Fevral 2026
171
15:30 / 01 Fevral 2026
1187
14:59 / 01 Fevral 2026
172
13:45 / 01 Fevral 2026
121
13:27 / 01 Fevral 2026
90
13:20 / 01 Fevral 2026
129
13:13 / 01 Fevral 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.