Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasında dəyişiklik edilib
24 Aprel 2026, 16:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
801
14.02.2020, 09:54
Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradır.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Oxu24.com-a bildirilib ki, Tədbirlər Planına əsasən, əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq. Nazirliyin “Məşğulluq” altsistemi inkişaf etdiriləcək, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işi gücləndiriləcək. İşsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri, həmçinin əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsi genişləndiriləcək.
Həmçinin oxuyun
2020–2025-ci illər üçün nəzərdə tutulan tədbirlər sırasına qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi də daxildir. Eləcə də həmin dövr ərzində əlilliyi olan şəxslər üçün inklüziv əmək şəraitinin yaradılması məqsədilə müvafiq təkliflərin hazırlanması, işə düzəlmədə vasitəçilik edən hüquqi şəxslərin vahid reyestrinin yaradılması, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması təmin olunacaq.
İşəgötürənlərlə məşğulluq orqanları arasında əlaqə mexanizminin təkmilləşdirilməsi, bu orqanların fəaliyyətinin nəticəəsaslı keyfiyyət göstəricilərinin hazırlanması və tətbiqi də tədbirlər sırasında yer alır.
Özünüməşğulluğa cəlb edilmiş və biznes planlarını uğurla icra edən iştirakçıların “ABAD” mərkəzlərinin və KOB evlərinin xidmətlərinə istiqamətləndirilməsi üçün təkliflər hazırlanacaq. Haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi və təşkili mexanizminin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması təmin olunacaq.
17:15 / 24 Aprel 2026
5
16:44 / 24 Aprel 2026
65
16:43 / 24 Aprel 2026
33
16:40 / 24 Aprel 2026
42
16:05 / 24 Aprel 2026
59
15:54 / 24 Aprel 2026
106
15:52 / 24 Aprel 2026
51
15:39 / 24 Aprel 2026
63
15:38 / 24 Aprel 2026
1143
15:32 / 24 Aprel 2026
715
15:27 / 24 Aprel 2026
204
15:24 / 24 Aprel 2026
50
15:21 / 24 Aprel 2026
60
15:00 / 24 Aprel 2026
73
14:58 / 24 Aprel 2026
58
14:42 / 24 Aprel 2026
344
14:37 / 24 Aprel 2026
57
14:30 / 24 Aprel 2026
91
14:20 / 24 Aprel 2026
62
14:08 / 24 Aprel 2026
424
14:04 / 24 Aprel 2026
65
13:52 / 24 Aprel 2026
562
13:38 / 24 Aprel 2026
64
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.