Maaş və təqaüdlərin artımı BAŞLAYIR - Ekspert AÇIQLADI
24 Aprel 2026, 15:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
983
13.02.2020, 16:10
“Pensiya sistemi ilə bağlı ortaya qoyacağımız konsepsiya texniki məsələ deyil, daha çox pensiyanın mahiyyəti və fəlsəfəsi ilə bağlıdır. Çalışırıq ki, pensiya qanunvericiliyimiz çox sadə və kompleks şəkildə qalsın. Onun yerlərdə tətbiqi rahat şəkildə, vahid yanaşma ilə həyata keçirilsin”.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli “Pensiya sisteminin yeni inkişaf konsepsiyası”ndakı əsas yenilikləri şərh edərkən deyib.
Onun sözlərinə görə, mövcud pensiya sistemi və qanunvericiliyi çox ciddi təhlil edilib:
“Qanunvericiliyin üstün və mənfi, zəif və təhdid tərəflərinin təhlilini apardıq. Ortaya bir çox məqamlar çıxdı. Dünya Bankının bir PROST modeli var, bu model ölkələrin pensiya sistemini stress test edir və onun dayanıqlıq vəziyyətini ortaya qoyur. Biz bu testi beynəlxalq ekspertlərlə birgə 2019-cu ilin sonunda həyata keçirdik. Məlum oldu ki, pensiya sistemimiz kifayət qədər dayanıqlıdır, sadəcə bir faiz kənarlaşma müşahidə edilir. Bu, kifayət qədər yaxşı nəticədir, amma biz burada dayanmaq istəmirik. Məqsədimiz pensiya sisteminin tam dayanıqlılığını təmin etmək, eyni zamanda sosial sığorta prinsipinə tam uyğunlaşmasını həyata keçirməkdir. Sosial sığorta prinsipi vətəndaşın ödədiyi sosial sığorta haqları müqabilində onun pensiyasının geri qaytarılmasıdır. Bizdə hazırda bu prinsipdən bəzi kənarlaşmalar var. Məsələn, “Əmək pensiyası haqqında” qanunun 19-cu maddəsində qulluq əlavələrimiz var. Sosial sığorta prinsipinə əsaslanmayan ödənişlərin pensiya predmetindən çıxarılaraq təqaüd formasına salınması ilə bağlı təklifi artıq müvafiq orqanlara təqdim etmişik. Bu maddədə qeyd olunan ödənişlər vətəndaşın dövlət qarşısında xüsusi xidmətlərinə görə verilən müəyyən ödənişlərdir. Bunun vətəndaşın ödədiyi sosial sığorta haqları ilə hər hansı bir əlaqəsi yoxdur. Bu baxımdan biz bunu qanunun predmetindən çıxarıb təqaüdün predmetinə salmaq istəyirik.
Həmçinin oxuyun
Qanunun 20 və 21-ci maddələrində də bununla bağlı müəyyən fərqli yanaşmalar var. Burada sosial sığorta stajına daxil edilən, lakin sosial sığorta haqları ödənilməyən müddətlər var. Biz bunların hamısında sosial sığorta prinsipini bərqərar etmək istəyirik”.
M. Abbasbəyli bildirib ki, islahat nəticəsində bəzi pensiya növlərinin elektronlaşması daha da sadələşdiriləcək:
“Hazırda yaşa və əlilliyə görə pensiya növü elektron qaydada həyata keçirilir. Ailə başçısını itirməyə görə pensiya hələ ki, avtomatik qaydada həyata keçirilmir. Biz bu islahatların nəticəsində bunun avtomatik qaydada keçirilməsini təmin edəcəyik. Eyni zamanda xüsusi şərtlərlə təyinat (hərbi qulluqçuları, dövlət qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarının pensiyası) da hazırda elektron qaydada təyin edilə bilmir. İslahatlar nəticəsində bunların təyinatının da tam avtomatlaşdırılmış formaya keçirilməsini hədəf olaraq müəyyən etmişik”.
15:32 / 24 Aprel 2026
1
15:27 / 24 Aprel 2026
50
15:24 / 24 Aprel 2026
17
15:21 / 24 Aprel 2026
16
15:00 / 24 Aprel 2026
33
14:58 / 24 Aprel 2026
27
14:42 / 24 Aprel 2026
193
14:37 / 24 Aprel 2026
32
14:30 / 24 Aprel 2026
56
14:20 / 24 Aprel 2026
35
14:08 / 24 Aprel 2026
257
14:04 / 24 Aprel 2026
48
13:52 / 24 Aprel 2026
447
13:38 / 24 Aprel 2026
48
13:35 / 24 Aprel 2026
62
13:29 / 24 Aprel 2026
59
13:21 / 24 Aprel 2026
58
13:19 / 24 Aprel 2026
55
13:16 / 24 Aprel 2026
346
13:09 / 24 Aprel 2026
647
13:05 / 24 Aprel 2026
1206
12:56 / 24 Aprel 2026
74
12:50 / 24 Aprel 2026
283
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.