Müdafiə Nazirliyi açıqlama yaydı
24 Aprel 2026, 13:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4110
12.02.2020, 17:19
Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu24.com -un xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Kürdəmir rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər evi, Bayraq Meydanı, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 32 mənzilli 2 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, “ASAN xidmət” mərkəzi istifadəyə verilmiş, 31 ümumtəhsil məktəbində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, 4 aqropark, xalçaçılıq, həmçinin digər iri istehsal və emal müəssisələri yaradılmış, 19 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçasının yeni binasının tikintisi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kürdəmir Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.
Həmçinin oxuyun
Günün maraqlı videosu:
13:29 / 24 Aprel 2026
4
13:21 / 24 Aprel 2026
19
13:19 / 24 Aprel 2026
15
13:16 / 24 Aprel 2026
45
13:09 / 24 Aprel 2026
201
13:05 / 24 Aprel 2026
189
12:56 / 24 Aprel 2026
37
12:50 / 24 Aprel 2026
58
12:49 / 24 Aprel 2026
32
12:46 / 24 Aprel 2026
35
12:44 / 24 Aprel 2026
26
12:28 / 24 Aprel 2026
46
12:24 / 24 Aprel 2026
84
12:17 / 24 Aprel 2026
1421
12:09 / 24 Aprel 2026
448
12:01 / 24 Aprel 2026
76
11:58 / 24 Aprel 2026
179
11:49 / 24 Aprel 2026
56
11:44 / 24 Aprel 2026
72
11:35 / 24 Aprel 2026
111
11:21 / 24 Aprel 2026
57
11:15 / 24 Aprel 2026
367
11:12 / 24 Aprel 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.