Maksimum bal toplayan abituriyent bu ali məktəbi SEÇİB
24 Aprel 2026, 01:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1183
10.02.2020, 18:32
"Həqiqətlə üz-üzə qalanda dəhşətə gəldim". Bu sözləri erməni ailəsinə satılan azərbaycanlı qızı Narina deyib.
Qaynarinfo xəbər verir ki, 33 yaşlı Narina doğma valideynlərini tapmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına müraciət edib.
"Adım Narinadır. Uşaqlıq illərim Yerevanda keçib. Məni dünyaya gətirən anaya "Sənin övladın ölüb" deyib, məni isə bəxşiş müqabilində anama veriblər. Həmin həkimin köməyilə 1 günün içində sənədlərim düzəldilib, Yerevana aparılmışam. Məni övladlığa götürən anama doğma valideynlərim haqqında heç nə deməyiblər.
Orta məktəbi bitirdikdən sonra valideynlərimin təkidi ilə Ermənistanın paytaxtında universitetə qəbul oldum. Məcbur qalıb Dağlıq Qarabağda yaşayan şagirdlərə erməni dilindən dərs dedim. Erməni oğlanla ailə qurdum, iki övladım var.
Həqiqəti biləndən sonra bütün instansiyalara məktub yazdım. Anam təkidlə məni inandırmağa çalışırdı ki, bir gün onları tapacaq, biz bir gün mütləq görüşəcəyik. Sonra başa düşdüm ki, bütün bunlar sadəcə boş ümidlər imiş. Onların bir məqsədi vardı, məni erməni olduğuma inandırmaq. Mən isə bunu heç cür qəbul edə bilmirdim. Baxmayaraq ki, bütün millətlərə hörmətim var, nədənsə, bu ölkədə özümü yad hesab edirdim.
Həmçinin oxuyun
Bir müddət sonra orada yaşaya bilməyəcəyimi anlayıb Ermənistanı tərk edib xaricə köçdüm. Özümə çoxlu azərbaycanlı dost tapdım. Onların əhatəsində özümü çox yaxşı hiss edirəm.
Sizin verilişiniz haqqında məlumatı da elə o dostlarım mənə dedi. İnanıram ki, sizin veriliş vasitəsilə bioloji valideynlərimi tapacam. Ən böyük arzum isə anamı tapmaq, ona sarılaraq "sənin balan ölməyib, bu illər ərzində sən aldanaraq yaşamısan" deməkdir. İnanıram ki, bu görüş sizin verilişinizin növbəti uğuru olacaqdır".
Narina 1 fevral 1988-ci ildə Gəncədə azərbaycanlı ailəsində doğulub. Həkim ailəyə uşağın ölü doğulduğunu deyir və uşağı erməni ailəsinə satır. Bir günün içində sənədlər düzəldilərək Ermənistana aparılıb. Narina Ağdamın Abdal Gülablı kəndində yaşayıb. Bu kənddə müəllim işləyib, erməni uşaqlarına dərs deyib. Azərbaycanlı olduğunu 12-13 yaşlarında öyrənib. Amma artıq gec idi. Erməni ailəsində böyüyürdü. Bir erməni oğlanla ailə qurub, uşaqları doğulub. Hazırda öz valideynlərini axtarmaq üçün oranı tərk edib.
01:11 / 24 Aprel 2026
166
00:48 / 24 Aprel 2026
147
00:13 / 24 Aprel 2026
158
23:43 / 23 Aprel 2026
140
23:30 / 23 Aprel 2026
114
23:16 / 23 Aprel 2026
169
22:57 / 23 Aprel 2026
178
22:45 / 23 Aprel 2026
191
22:34 / 23 Aprel 2026
75
22:14 / 23 Aprel 2026
773
22:09 / 23 Aprel 2026
99
22:03 / 23 Aprel 2026
64
21:58 / 23 Aprel 2026
60
21:55 / 23 Aprel 2026
56
21:53 / 23 Aprel 2026
147
21:51 / 23 Aprel 2026
318
21:45 / 23 Aprel 2026
108
21:39 / 23 Aprel 2026
211
21:37 / 23 Aprel 2026
1088
21:27 / 23 Aprel 2026
216
21:16 / 23 Aprel 2026
252
21:00 / 23 Aprel 2026
265
20:34 / 23 Aprel 2026
240
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.