“Bivəfa” ifası ilə diqqət çəkdi
13 Aprel 2026, 20:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
579
07.01.2020, 21:43
Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının rayonun Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda meyitinin aşkarlanması və mətbuatda uşaq üzərində zorakılıq əməllərinin törədilməsi ehtimalı ilə bağlı yayılmış məlumatların araşdırılması məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Gəncə Regional Mərkəzinin əməkdaşları hadisənin baş verdiyi rayonda olub, uşağın valideynləri və yaxınları ilə görüşüblər.
Ombudsman Aparatından BAKU.WS-ə verilən məlumata görə, vəfat etmiş azyaşlının valideynləri və yaxınları Ombudsmana ünvanlanan müraciətlərində məsələnin nəzarətə götürülərək təcili və hərtərəfli araşdırılmasına, təqsirkar şəxslərin tezliklə tapılaraq məsuliyyətə cəlb edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Ombudsman cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.
Həmçinin oxuyun
Müraciətdə qeyd olunan məqamlar və baş vermiş ölüm hadisəsinin zorakılıq ehtimalı nəzərə alınmaqla nəzarətə götürülərək araşdırılması, müvafiq ekspertizaların təyin olunması və görülən işlərin nəticəsi barədə məlumat verilməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.
Eyni zamanda, Ombudsman kütləvi informasiya vasitələrini bu cür hallarla bağlı məlumatlar yayarkən insanların, o cümlədən uşaqların psixologiyasına mənfi təsirləri nəzərə almağa və həssaslıq nümayiş etdirməyə çağırır.
20:21 / 13 Aprel 2026
14
20:19 / 13 Aprel 2026
8
20:10 / 13 Aprel 2026
52
20:04 / 13 Aprel 2026
21
20:00 / 13 Aprel 2026
43
19:49 / 13 Aprel 2026
43
19:49 / 13 Aprel 2026
44
19:45 / 13 Aprel 2026
595
19:36 / 13 Aprel 2026
85
19:35 / 13 Aprel 2026
96
19:30 / 13 Aprel 2026
55
19:25 / 13 Aprel 2026
78
19:18 / 13 Aprel 2026
42
19:16 / 13 Aprel 2026
41
19:13 / 13 Aprel 2026
59
19:07 / 13 Aprel 2026
144
19:07 / 13 Aprel 2026
250
19:01 / 13 Aprel 2026
94
18:59 / 13 Aprel 2026
58
18:41 / 13 Aprel 2026
68
18:29 / 13 Aprel 2026
74
18:18 / 13 Aprel 2026
224
18:09 / 13 Aprel 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.