MEDİA: Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27 Yanvar 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
755
07.01.2020, 19:13
Bu gün prezident İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri təyin edilməsi münasibətilə qəbul edib.
Oxu24.com xəbər verir ki, görüşdə prezident ölkənin enerji təminatında əldə edilən uğurlarla yanaşı nöqsanları da yada salıb. 2018-ci ildə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən və bütün ölkəni işıqsız qoyan qəzadan danışıb, “Azərenerji” ASC-nin keçmiş rəhbərliyinin fəaliyyətindən bəhs edib:
"Bütün bu müsbət məqamlara baxmayaraq, böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi.
Həmçinin oxuyun
Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək.
Bununla paralel olaraq, 2019-cu ildə 400 meqavat gücündə “Şimal 2” elektrik stansiyası istifadəyə verilib. Bu da enerji potensialımızı böyük dərəcədə gücləndirən amildir. Eyni zamanda, biz indi bərpaolunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Artıq 50 meqavatlıq külək elektrik stansiyası fəaliyyət göstərir. Hazırda özəl şirkətlər, xarici şirkətlər bu sahəyə böyük maraq göstərirlər, 100 milyonlarla dollar səviyyəsində investisiya yatırmaq istəyirlər və biz bunu yüksək qiymətləndiririk".
12:00 / 27 Yanvar 2026
9
11:45 / 27 Yanvar 2026
228
11:30 / 27 Yanvar 2026
43
11:18 / 27 Yanvar 2026
119
11:00 / 27 Yanvar 2026
50
10:57 / 27 Yanvar 2026
35
10:55 / 27 Yanvar 2026
49
10:47 / 27 Yanvar 2026
152
10:19 / 27 Yanvar 2026
52
10:11 / 27 Yanvar 2026
59
10:08 / 27 Yanvar 2026
280
09:39 / 27 Yanvar 2026
596
02:31 / 27 Yanvar 2026
1987
02:04 / 27 Yanvar 2026
119
01:56 / 27 Yanvar 2026
193
01:19 / 27 Yanvar 2026
200
01:11 / 27 Yanvar 2026
569
00:59 / 27 Yanvar 2026
117
00:40 / 27 Yanvar 2026
133
00:16 / 27 Yanvar 2026
119
00:08 / 27 Yanvar 2026
566
00:00 / 27 Yanvar 2026
1241
23:54 / 26 Yanvar 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.