Eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovaya amnistiya aktı ŞAMİL EDİLDİ
13 Aprel 2026, 18:09
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
759
07.01.2020, 17:05
Dövlət nömrə nişanı yox, heç bir standartlara uyğun deyil, amma magistral yollarda hərəkət edərək təhlükə yaradırlar.
Söhbət köhnə avtomobillər, o cümlədən metal daşıyan maşınlardan gedir. Çox vaxt şüşələri, hətta bəzən qapısı belə olmadan bu avtomobillər idarə olunur.
Özü ilə bərabər üzərində metal daşıyır. Təbii ki, bu digər yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir.
Bu cür avtomobilləri nəinki mərkəzi, heç mərkəzdən kənar küçələrə də buraxmaq olmaz.
Oxu24.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "mediapost"-a bildirib.
O, vurğulayıb ki, istismara yararsız, texniki cəhətdən nasaz avtomobillər yol hərəkətində istifadə edilə bilməz. "Bu tipli avtomobillər texniki baxışdan keçirilmir. Amma bu cür nəqliyyat vasitələri ilə bəzi
Yollarda şütüyən metal yığını

Həmçinin oxuyun
Sürücülər "çörək pulu qazanmaq" adı ilə yüklər daşıyır. Bununla da həm də yükdaşıma qaydalarını pozmuş olurlar.
Korroziyaya uğramış, işıq cihazları nasaz vəziyyətdə olan avtomobillərin idarə edilməsi günün istənilən vaxtında təhlükəlidir və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.
Dövlət Yol Polisi dəfələrlə avtomobil sürücülərinə müraciət edərək müdaxilə olunmadan özləri həmin nəqliyyat vasitələrini utilizasiya etsinlər.
Çünki turizmin inkişafı üçün bu qədər vəsait qoyulub. Ölkəmizə gələn turistlərin sayı hər gün artır. Brend avtomobillər ilə yanaşı bu cür maşınların görünməsi xoş təəssürat yaratmır".
Vaqif Əsədov bildirib ki, ötən illərlə müqayisədə bu cür avtomobillərin paytaxtın mərkəzi küçələrində görünməsi halları azalıb.
"Yol polisinin müraciətləri, görülmüş tədbirlər nəticəsində artıq şəhərin mərkəzində bu cür avtomobillərin sayı azalıb.
Amma təəssüf olsun ki, şəhərdən kənar ərazilərdə, şəhərkənarı magistral yollarda onlara rast gəlinir. Qanunvericiliklə bu cür maşınlar istifadə edilməməlidir".
18:29 / 13 Aprel 2026
1
18:18 / 13 Aprel 2026
119
18:09 / 13 Aprel 2026
65
17:39 / 13 Aprel 2026
47
17:32 / 13 Aprel 2026
1046
17:29 / 13 Aprel 2026
57
17:15 / 13 Aprel 2026
46
17:12 / 13 Aprel 2026
559
16:57 / 13 Aprel 2026
53
16:55 / 13 Aprel 2026
62
16:23 / 13 Aprel 2026
732
16:17 / 13 Aprel 2026
64
15:59 / 13 Aprel 2026
75
15:48 / 13 Aprel 2026
91
15:45 / 13 Aprel 2026
66
15:42 / 13 Aprel 2026
471
15:34 / 13 Aprel 2026
77
15:27 / 13 Aprel 2026
400
15:24 / 13 Aprel 2026
87
15:14 / 13 Aprel 2026
70
14:55 / 13 Aprel 2026
714
14:48 / 13 Aprel 2026
1123
14:14 / 13 Aprel 2026
2158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.