Azərbaycanda zəlzələ gözlənilirmi?
13 Aprel 2026, 13:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
571
06.01.2020, 11:23
Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranıb, bu səbəbdən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) növbəti dəfə xəbərdarlıq edib.
BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev Oxu.Az-a açıqlamasında bildirib ki, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.”
Polis polkovnik-leytenantı qeyd edib ki, hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artması səbəbindən sürücülərin avtomobillərinin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirilməlidir:
Həmçinin oxuyun
“Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqları, hətta bilərəkdən nişanların üstünü süni şəkildə biraz da çirkləndirilməsi yolverilməzdir”.
“Xatırladırıq ki, AR İXM-nin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur”, - deyə şöbə rəisi vurğulayıb.
13:26 / 13 Aprel 2026
1
13:19 / 13 Aprel 2026
16
12:59 / 13 Aprel 2026
71
12:56 / 13 Aprel 2026
40
12:45 / 13 Aprel 2026
37
12:39 / 13 Aprel 2026
412
12:34 / 13 Aprel 2026
52
12:25 / 13 Aprel 2026
41
12:23 / 13 Aprel 2026
43
12:18 / 13 Aprel 2026
38
12:13 / 13 Aprel 2026
58
12:10 / 13 Aprel 2026
48
12:04 / 13 Aprel 2026
70
12:02 / 13 Aprel 2026
42
11:55 / 13 Aprel 2026
57
11:47 / 13 Aprel 2026
1477
11:34 / 13 Aprel 2026
63
11:27 / 13 Aprel 2026
54
11:19 / 13 Aprel 2026
601
11:10 / 13 Aprel 2026
64
11:09 / 13 Aprel 2026
78
11:04 / 13 Aprel 2026
57
11:01 / 13 Aprel 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.