27 yanvarda bizi nələr gözləyir? - ULDUZ FALI
27 Yanvar 2026, 02:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
05.01.2020, 23:16
Bir gün Peyğəmbəri-Əkrəm (s) vəhy mələyi Cəbrailə (ə) buyurdu: "Mənim üçün Cəhənnəmi təsvir et."
Cəbrail Cəhənnəmin təbəqələri və onun əhlini təsvir edərkən birinci təbəqəyə çatdıqda susdu. Həzrət Peyğəmbər (s) soruşdu ki, bu təbəqənin sakinləri kimlərdir?
Vəhy mələyi Cəbrail dedi: "Bura ən asan təbəqədir və onun sakinləri sənin ümmətinin asiləri, günahkarlarıdır."
Peyğəmbəri-Əkrəm (s) soruşdu: "Mənim ümmətdən Cəhənnəmə gedən olacaqmı?"
Cəbrail dedi: "Bəli, böyük günaha yol verib, dünyadan tövbəsiz gedənlər Cəhənnəmə atılacaqlar."
Bu sözləri eşidən Peyğəmbər (s) üç gün ağladı. Dördüncü gün o Həzrətin (s) ziyarətinə gələn Xanım Zəhra (s.ə.) gördü ki, atası üzünü torpağa qoyub ağlayır. Soruşdu ki, nə baş verib? Həzrət Peyğəmbər (s) vəhy mələyi Cəbrailin dediklərini Xanım Zəhraya (s.ə.) çatdırdı və buyurdu: "Vəhy mələyi mənə xəbər vedi ki, Cəhənnəmin birinci təbəqəsi mənim ümmətimin günahkarlarının yeridir və ağlamağımın səbəbi də elə budur."
Xanım Zəhra (ə) ərz etdi: "Vəhy mələyindən soruşdunmu ki, günahkarlar Cəhənnəmə hansı surətdə gedəcəklər?"
Peyğəmbər (s) buyurdu: "Bəli, kişilərin saçlarından və qadınların hörüklərindən yapışaraq onları Cəhənnəmə sarı çəkərlər və elə ki, ora yaxınlaşıb Maliki (Cəhənnəm mələyi) gördükdə, dad-fəryad qoparar və ona belə yalvararlar: "Bizə bir qədər möhlət ver ki, öz halımıza ağlayaq." Malik möhlət verdikdə, o qədər ağlayarlar ki, gözlərinin yaşı quruyar və qan ağlayarlar. Malik deyər: "Nə yaxşı olardı ki, dünyada bu cür ağlayaydınız və bu günün qorxusundan gözlərinizdən axıdaydınız!"
Həmçinin oxuyun
Sonra Malik onları Cəhənnəmə atar və onlar birdən fəryad edərlər ki: "Lə iləhə illəllah." Bu zaman od onlardan uzaqlaşar. Malik odun üstünə qışqırar ki, "ey od, onları bürü!" Od deyər: "Dillərində pak "lə iləhə illəllah" kəlməsi olan halda, onları necə bürüyə bilərəm?" Malik yenə qışqırar ki: "Onları bürü!" Lakin Haqq tərəfindən xitab olunar ki, "üzlərini yandırma, çünki Allaha səcdə etmişlər və qəlblərini yandırma, çünki mübarək Ramazan ayında susuzluq çəkmişlər." Beləliklə, Allah istəyənə kimi onlar orada qalarlar.
Bir neçə müddətdən sonra vəhy mələyi Cəbrailə nida olunar: "Ümmətin günahkarlarının halı necədir?"
Malik Cəhənnəmin örtüyünü çəkər və günahkarlar Cəbraili gözəl bir surətdə müşahidə edər və deyərlər: "Bu gözəlüzlü şəxs kimdir görəsən?" Cavab verilər: "Bu, Cəbraildir - o ki, dünyada Həzrət Muhəmmədə (s) vəhy gətirirdi." Elə ki, Cəhənnəm əsirləri Peyğəmbərin (s) mübarək adını eşidərlər, fəryad çəkib deyərlər: "Bizim tərəfimizdən Muhəmmədə (s) salam yetir və söylə ki, ümmətin günahkarları Cəhənnəmdə giriftardırlar."
Vəhy mələyi bu xəbəri Peyğəmbərə (s) yetirər, bu zaman o Həzrət başını səcdəyə qoyar və Allah dərgahına ərz edər ki: "Ümmətimin günahkarları Cəhənnəmdədir, onları mənə bağışla." Xitab yetişər: "Onları sənə bağışladım."
Beləliklə, Peyğəmbər (s) onları Cəhənnəmdən çıxarar və onlar kömür kimi qapqara olduqlarından, əvvəlcə "eynül-həyat" adlı bulağa aparılarlar. Elə ki, o bulaqdan içərlər, zahiri və batini çirkinlikləri təmizlənər, pak-pakizə olarlar, alınlarında isə belə yazılar:
"Mehriban Allahın oddan azad etdiyi şəxslər." Onlar Behiştə aparıldıqları zaman, Behişt əhli onları bir-birinə göstərib deyərlər: "Bunlar nicat tapmış Cəhənnəm əhlidirlər."
Belə olduqda onlar deyərlər: "Ey Rəbbimiz! Rəhm edərək bizi Behiştə gətirdin, elə isə bu əlaməti alnımızdan sil." Onların istəkləri yerinə yetirilər və həmin əlamət alınlarından silinər." ("Məcməuz-zəvaid", səh.386; "Müsnədi-Əhməd", c.3, səh.144; "Sünəni-Darəmi", c.1, səh.27; "Kumeyl duasının şərhi", Ustad Hüseyn Ənsarian, səh.413-416.)
02:31 / 27 Yanvar 2026
35
02:04 / 27 Yanvar 2026
34
01:56 / 27 Yanvar 2026
35
01:19 / 27 Yanvar 2026
56
01:11 / 27 Yanvar 2026
59
00:59 / 27 Yanvar 2026
46
00:40 / 27 Yanvar 2026
53
00:16 / 27 Yanvar 2026
62
00:08 / 27 Yanvar 2026
216
00:00 / 27 Yanvar 2026
349
23:54 / 26 Yanvar 2026
66
23:40 / 26 Yanvar 2026
1057
23:34 / 26 Yanvar 2026
332
23:28 / 26 Yanvar 2026
87
23:23 / 26 Yanvar 2026
475
23:20 / 26 Yanvar 2026
313
23:18 / 26 Yanvar 2026
181
23:14 / 26 Yanvar 2026
688
23:05 / 26 Yanvar 2026
96
22:50 / 26 Yanvar 2026
132
22:39 / 26 Yanvar 2026
118
22:27 / 26 Yanvar 2026
97
22:16 / 26 Yanvar 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.