Həzrəti Məhəmməd(s) buyurur:
- "Gecə namazı barəsində Cəbrail (ə) o qədər mənə tövsiyə etdi ki, ümmətimin yaxşılarının gecəni yatmayacaqların güman etdim"
- "Gecə namazı Allahın razılığı və mələklərin dostluğu üçün bir vasitədir. Gecə namazı Peyğəmbərlərin sünnəti, üslubu və mərifət nuru, imanın köküdür. Bədənə rahatlıq verib, şeytanı qəzəbləndirər"
- "Gecə namazı düşmənlərə qarşı bir silah, duanın və əməllərin qəbul olunması üçün bir vasitədir. İnsanın ruzisini artırar. Namaz qılanla ölüm mələyi arasında şəfidir. Gecə namazı qəbrin çırağı, xalçası və iki mələyin (nəkir-munkir) cavabıdır. Qəbirdə qiyamətə qədər namaz qılanın munisi, ziyarətçisidir. Gecə namazı insanın başı üzərində kölgə salar. Başında tac, bədənində libas olar. Gecə namazı insanın üzü qarşısında bir nur, onunla od arasında bir maneədir. Gecə namzı mömin üçün Allah yanında bir hüccət, əməl tərəzisinin ağırlaşmasına vasitə, siratdan keçmək üçün verilən hökm və cənnətin açarıdır. Çünki namaz təkbirdir. Həmd, sitayiş, təsbih, təmcid, təqdis, təzim, qiraət, dua və əlbəttə namazı qılmağın ən yaxşı əməlləri onu əvvəl vaxtda qılmaqdır"
İmam Sadiq (ə) buyurur:
"Gecə namazı üzü gözəl, əxlaqı yaxşı və insandan gözəl ətrin gəlməsinə səbəb olar. Ruzini çoxaldar, borcu ödəyər, qəmi aradan aparıb, gözə nur verər"
Gecə namazının qılınma qaydası:
Gecə namazı 11 rikətdir. Onun 8 rikəti gecə namazının nafiləsi niyyətilə sübh namazı kimi iki rikət qılınır. Yəni 4 dəfə eynilə sübh namazı kimi 2 rikətli namaz qılınır.
Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz 2 rikətli Şəfi namazı qılınır. Sonda isə 1 rikətli qunutu olan Vitr namazı əda edilir.
Nafilə namazların qılınma qaydası:
Niyyət: "Gecə namazının nafiləsinı qılıram qürbətən iləllah"+Təkbir
1-ci rikət: Fatihə+İxlas(Qul huvəllah)+Ruku+Səcdələr
2-ci rikət: Fatihə+İxlas+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Qeyd etdiyimiz kimi nafilə namazları 8 rikətdir. Yəni eyni namazı 4 dəfə təkrar etmək lazımdır ki, cəmdə 8 rikət edir).
Şəfi namazının qılınma qaydası:
Niyyət: "Şəfi namazı qılıram qürbətən iləllah"+Təkbir
Şəfi namazında müstəhəbdir ki, insan 1-ci rikətdə Həmd və Surədən sonra Nas surəsini, ikinci rikətdə isə Həmd və Surədən sonra Fələq surəsini oxusun. Amma oxumasa da heç bir eybi yoxdur.
Şəfi namazı qılıram qürbətən iləllah+Təkbir
1-ci rikət: Fatihə+Nas+Ruku+Səcdələr
2-ci rikət: Fatihə+Fələq+ Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Bir daha qeyd edək ki, Şəfi namazının qunutu yoxdur).
Vitr namazının qılınma qaydası:
Vitr namazı qılıram qürbətən iləllah+Təkbir
Fatihə+3 dəfə İxlas+ 1 dəfə Fələq+1 dəfə Nas+Qunut+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar.
Vitr namazında müstəhəbdir ki, insan Fatihə surəsini oxuduqdan sonra 3 dəfə İxlas surəsini, 1 dəfə Fələq və bir dəfə də Nas surəsini oxusun.Namazın qunurunda istənilən dualar oxuna bilər. Həmçinin müstəhəbdir ki, namazın qunutunda 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu iləyh", 300 dəfə "əl-Əfv", 40 dəfə "Allahumməğfirlil-mumininə vəl-muminat" və 40 dəfə "Allahumməğfirli filankəs(filankəsin əvəzinə mömin(ə)in adını çəkmək) deyilsin. Amma bunların bir hissəsini etməyib qunut tutmaq şərtilə yalnız 1 rikət namaz qımaqla da kifayətlənmək olar.Tövsiyyə olunur ki,70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh" deyilsin və Allahda 40 nəfər möminin bağışlanması(Allahumməğfirli filankəs(mömünin adı çəkilsin) istənilsin.
Qeyd: Gecə namazının nafilələrini qılmadan da yalnız Şəfi və Vitr namazlarını əda etmək olar. Hətta vaxt az olarsa, yalnız Vitr namazını qılmaq mümkündür. Oxu24.com
ŞƏRHLƏR