Qaynar xətt:

(+99450) 247 90 86

Bu şəxslər  “məcburi köçkün” statusu alacaq 

Bu şəxslər  “məcburi köçkün” statusu alacaq 

CƏMİYYƏT

110

05.11.2026, 18:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan kişilərə və uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.

Oxu24.com xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilib.

Dəyişikliyə əsasən, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan şəxslərə və onların uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.