Anar Bayramov 16 illik direktoru işdən çıxardı - Yeni təyinat
04 Noyabr 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
470
14.10.2026, 16:11
Məktəblərdə vahid geyim qaydaları ətrafında müzakirələr davam edir. Qərardan sonra yaranan manipulyasiyalar bəzi hallarda məktəblərin qarşısında gərginliyə, şagirdlərin dərslərdən yayınmasına və təhsil müəssisələrinin əmlakına ziyan vurulmasına səbəb olub.
Xalq artisti Bilal Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, məktəblərdə hər kəs eyni geyimdə olmalıdır:
"Məktəblilər vahid geyimləri ilə hər kəsdən seçilməlidirlər. Hicab məsələsi adı altında dövlət əmlakına ziyan vuranlar düz iş görmürlər. Dövlət onsuz da ölkəmizdə qarışıqlıq yaratmaq istəyən xarici qüvvələrin hər birini öhdəsindən gələcək. Həmçinin onların cəzasını Allah verəcək".
O, açıqlamasında Azərbaycan xalqına müraciət edib:
"Vətəndaşlarımıza demək istəyirəm ki, ayıq olun. Bizim çox ağıllı Prezidentimiz var, böyük ulu öndər məktəbi keçib. Başqa qüvvələrə inanmaq lazım deyil. Yad ölkənin insanı ancaq özünü düşünür, bizi yox. Xalqımızı bir olmağa çağırıram. Heç kim demir ki, dindən uzaqlaşın, dinimiz əzizdir. Mən 10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəbə hamı eyni formada getməlidir".
Xatırladaq ki, Nazirlər Kabinetinin 21 sentyabr qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilib. Həmin qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
Həmçinin adıçəkilən qurumun 6 oktyabr qərarı ilə də "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər"in təsdiq olunub. Sözügedən qərarda da müəllimlər üçün geyim normaları müəyyənləşdirilib.
19:32 / 04 Noyabr 2026
1
19:29 / 04 Noyabr 2026
30
19:25 / 04 Noyabr 2026
31
19:18 / 04 Noyabr 2026
304
19:17 / 04 Noyabr 2026
29
19:00 / 04 Noyabr 2026
47
18:41 / 04 Noyabr 2026
480
18:41 / 04 Noyabr 2026
71
18:37 / 04 Noyabr 2026
123
18:35 / 04 Noyabr 2026
107
18:35 / 04 Noyabr 2026
2574
18:27 / 04 Noyabr 2026
87
18:21 / 04 Noyabr 2026
90
18:15 / 04 Noyabr 2026
76
18:14 / 04 Noyabr 2026
86
17:40 / 04 Noyabr 2026
99
17:13 / 04 Noyabr 2026
896
17:12 / 04 Noyabr 2026
123
17:02 / 04 Noyabr 2026
259
16:58 / 04 Noyabr 2026
96
16:54 / 04 Noyabr 2026
205
16:49 / 04 Noyabr 2026
103
16:34 / 04 Noyabr 2026
498
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.