“Din dövlətdən ayrıdır, məktəb də dindən!” – Eynulla Mədətlidən müzakirələrə CAVAB
14 Oktyabr 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
75
14.10.2026, 14:45
“Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların yayıldığı müşahidə edilir. Son dövrlərdə bu prosesin daha sistemli və aqressiv xarakter alması, xüsusilə də Türkiyə prezidentinin baş müşaviri statusunu daşıyan Oktay Saralın bu prosesə qoşulması diqqət çəkir. Bu baxımdan Türkiyənin sosial şəbəkə hesablarında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının, prezidentin baş müşaviri Oktay Saralın və digər şəxslərin Azərbaycanı hədəf alan açıqlamalarla çıxış etməsi yolverilməzdir”.
Oxu24.com xəbər verir ki, bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib.
Deputat fikirlərini bu cür davam etdirib:
“Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşıb və bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlər qarşılıqlı hörmətə, etimada, bərabərliyə və hər iki dövlətin milli maraqlarına əsaslanır. Buna görə də Azərbaycana qarşı yönələn, xüsusilə də ölkəmizin daxili siyasətini hədəf alan bu cür açıqlamalar qəbuledilməzdir. Azərbaycanda vahid məktəbli formasının tətbiqini özlərinə fürsət bilərək ölkəmizə qarşı kampaniya aparanlar, eləcə də Azərbaycana nə etməli olduğunu diktə etməyə çalışanlar bilməlidirlər ki, Azərbaycan Türkiyənin hər hansı bir əyaləti deyil. Azərbaycan müstəqil və suveren dövlətdir, öz siyasətini Konstitusiyasına, milli maraqlarına və dövlətçilik prinsiplərinə uyğun şəkildə həyata keçirir”.
Parlamentari onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin dünyəvi dövlət olduğu, dinin dövlətdən ayrı olduğu və təhsil sisteminin dünyəvi xarakter daşıdığı açıq şəkildə təsbit edilib:
“Biz öz siyasətimizi kimlərinsə göstərişləri və ya təzyiqləri əsasında deyil, milli maraqlarımızı rəhbər tutaraq müəyyənləşdiririk. Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki müstəqil dövlətin strateji müttəfiqliyinə, qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Bu münasibətlərdə kiçik və ya böyük qardaş anlayışından deyil, bərabərhüquqlu tərəfdaşlıq prinsipindən çıxış edilməlidir. Azərbaycan öz müstəqilliyinə, suverenliyinə və inkişafına öz xalqının iradəsi, əməyi və mübarizəsi hesabına nail olub. Müstəqilliyimiz və suverenliyimiz bizə heç kim tərəfindən bəxş edilməyib. Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsini yüksək qiymətləndiririk. İndiyədək həyata keçirilən böyük iqtisadi, enerji, nəqliyyat və digər layihələr hər iki dövlətin və xalqın maraqlarına xidmət edib. Bu əməkdaşlıq birtərəfli güzəştlər üzərində deyil, qarşılıqlı fayda, ortaq maraqlar və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurulub. Eyni zamanda, Azərbaycan və Türkiyə beynəlxalq platformalarda dostluq və qardaşlıq münasibətlərindən irəli gələn həmrəylik nümayiş etdirərək bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər. Lakin Türkiyənin bəzi rəsmilərinin və hakimiyyətə yaxın media resurslarının Azərbaycanı, ölkəmizin Prezidentini və digər rəsmi şəxsləri hədəf alan açıqlamalarını qəbuledilməz hesab edirik. Belə yanaşmalar Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur və iki ölkə arasında formalaşmış qarşılıqlı etimada xələl gətirmək riski yaradır”.
Azər Badamovun sözlərinə görə, Azərbaycanda vahid məktəbli formasının tətbiqini tənqid edənlər nəzərə almalıdırlar ki, bu yanaşma məktəblərdə sosial bərabərliyin, vahidliyin və bütün şagirdlər üçün bərabər imkanların təmin edilməsinə xidmət edir:
“Məktəbli geyimi şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısını almaqla onların təhsil mühitində bərabərliyini təşviq edir. Bu məsələ Azərbaycanın daxili siyasətinə aiddir və onun müzakirəsi ölkəmizin hüquqi və ictimai reallıqları nəzərə alınmaqla aparılmalıdır. Türkiyənin özü də müxtəlif dövrlərdə radikal dini cərəyanlara qarşı mübarizə aparıb. Azərbaycan isə hər zaman Türkiyənin təhlükəsizliyinə və sabitliyinə verdiyi əhəmiyyəti nümayiş etdirib, çətin məqamlarda qardaş ölkənin yanında olduğunu əməli addımları ilə təsdiqləyib. Bu baxımdan, bu gün Türkiyənin ayrı-ayrı siyasi və ictimai dairələrindən səslənən çağırışlar Azərbaycan cəmiyyətində gərginliyi artırmağa deyil, qarşılıqlı anlaşmanın, sabitliyin və dostluğun qorunmasına xidmət etməlidir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi hər iki tərəfin məsuliyyətli mövqeyindən, qarşılıqlı hörmətindən və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiqliyindən asılıdır. Türkiyə dövlətinin bu proseslərə münasibət bildirəcəyinə və iki ölkə arasındakı strateji müttəfiqliyə xələl gətirə biləcək addımların qarşısının alınmasına üstünlük verəcəyinə ümid edirəm. Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin açıqlamalarından daha böyük tarixi və siyasi əhəmiyyət daşıyır. Bu münasibətlərin qorunması və gələcək nəsillərə sağlam təməllər üzərində ötürülməsi hər iki dövlətin və xalqın ortaq məsuliyyətidir”.
Həmçinin oxuyun
15:18 / 14 Oktyabr 2026
10
15:14 / 14 Oktyabr 2026
44
15:10 / 14 Oktyabr 2026
36
15:05 / 14 Oktyabr 2026
47
14:53 / 14 Oktyabr 2026
8
14:50 / 14 Oktyabr 2026
53
14:49 / 14 Oktyabr 2026
59
14:45 / 14 Oktyabr 2026
61
14:40 / 14 Oktyabr 2026
430
14:29 / 14 Oktyabr 2026
81
14:24 / 14 Oktyabr 2026
64
14:19 / 14 Oktyabr 2026
65
14:15 / 14 Oktyabr 2026
60
14:06 / 14 Oktyabr 2026
65
13:54 / 14 Oktyabr 2026
261
13:44 / 14 Oktyabr 2026
141
13:32 / 14 Oktyabr 2026
95
13:22 / 14 Oktyabr 2026
93
13:17 / 14 Oktyabr 2026
80
13:14 / 14 Oktyabr 2026
323
13:07 / 14 Oktyabr 2026
70
13:03 / 14 Oktyabr 2026
78
13:01 / 14 Oktyabr 2026
334
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.