Dövlət avtomobilləri UCUZ qiymətə satışa çıxdı -SİYAHI
03 Noyabr 2026, 18:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
208
14.10.2026, 14:29
Xalq rəssamı, professor Səhlab Məmmədov məktəblərdə vahid geyim formasının tətbiqini dəstəklədiyini və bu qərarla tam razı olduğunu bildirib.
O, Oxu24.com-a açıqlamasında şagirdlər arasında vahidliyin qorunmasının, təhsil müəssisələrində nizam-intizamın təmin edilməsinin və uşaqların tədris prosesinə diqqətinin artırılmasının vacibliyini vurğulayıb.
Səhlab Məmmədovun sözlərinə görə, dövlət tərəfindən qəbul edilən qərarlara hörmətlə yanaşmaq və qanunvericiliyin tələblərinə əməl etmək hər bir vətəndaşın məsuliyyətidir.
“Məktəblərdə vahid geyim formasının tətbiqini dəstəkləyirəm və bu qərarla tamamilə razıyam. Dövlət hansı qərarı qəbul edirsə, biz də ona əməl etməliyik. Məktəblərdə müəyyən qaydaların olması vacibdir. Bu, həm nizam-intizamın qorunmasına, həm də şagirdlərin diqqətlərini geyimə deyil, təhsilə yönəltmələrinə kömək edir”, – deyə Xalq rəssamı bildirib.
Səhlab Məmmədov, həmçinin, cəmiyyətdə narazılıq yaratmağa və uşaqları müxtəlif təxribatlara cəlb etməyə çalışan şəxslərin fəaliyyətini tənqid edib. O hesab edir ki, bu cür hallara qarşı müvafiq tədbirlər görülməli, məktəblərin təhlükəsizliyi və təhsil mühitinin sabitliyi qorunmalıdır.
“İnsanlar arasında narazılıq yaratmağa, uşaqları təxribata çəkməyə çalışan şəxslər xarici dövlətlərdən göstəriş alan və onların maraqlarına xidmət edən adamlardır. Düşünürəm ki, dövlət bu cür halların qarşısını alır və bundan sonra da alacaq. Əsas məqsədimiz uşaqlarımızın təhlükəsizliyini qorumaq, onların sağlam mühitdə təhsil almalarına şərait yaratmaqdır”, – deyə professor qeyd edib.
Xalq rəssamı sonda məktəblərdə qayda-qanunun qorunmasının və dövlətin qəbul etdiyi qərarlara əməl olunmasının əhəmiyyətini vurğulayıb.
Turan Etibaroğlu
18:33 / 03 Noyabr 2026
1
17:53 / 03 Noyabr 2026
331
17:51 / 03 Noyabr 2026
74
17:35 / 03 Noyabr 2026
73
17:10 / 03 Noyabr 2026
112
16:56 / 03 Noyabr 2026
117
16:51 / 03 Noyabr 2026
263
16:43 / 03 Noyabr 2026
109
16:35 / 03 Noyabr 2026
303
16:31 / 03 Noyabr 2026
190
16:23 / 03 Noyabr 2026
766
16:21 / 03 Noyabr 2026
181
16:13 / 03 Noyabr 2026
164
16:01 / 03 Noyabr 2026
279
15:55 / 03 Noyabr 2026
216
15:52 / 03 Noyabr 2026
97
15:20 / 03 Noyabr 2026
164
15:05 / 03 Noyabr 2026
155
14:50 / 03 Noyabr 2026
158
14:50 / 03 Noyabr 2026
173
14:30 / 03 Noyabr 2026
236
14:24 / 03 Noyabr 2026
317
14:21 / 03 Noyabr 2026
286
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.