Ramil Usubova ağır itki: Qəfil öldü
05 Oktyabr 2026, 12:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
59
05.10.2026, 11:22
Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunda tikinti işləri davam etdirilir.
Bu barədə Oxu24.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun inşa olunan yol 4 və 2 hərəkət zolaqlı olmaqla layihələndirilib.
Layihə çərçivəsində marşrut boyunca 4 körpünün və 56 suötürücü borunun tikintisi nəzərdə tutulub. Hazırda yol yatağının, suötürücü və digər süni qurğuların inşası həyata keçirilir.
Tikinti sahəsində 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır. İşlərin fasiləsiz aparılması məqsədilə ərazidə asfalt-beton zavodu, həmçinin karxana materiallarının çeşidlənməsi üçün xüsusi istehsalat sistemi fəaliyyət göstərir.
Layihənin icrası nəticəsində Ağdamdan Ağdərəyə, buradan isə Suqovuşan və Kəlbəcərə uzanan vahid yol bağlantısı formalaşacaq.
Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat imkanlarının genişləndirilməsinə, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsinə və Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin davamlılığına xidmət edəcək.
12:34 / 05 Oktyabr 2026
1
12:23 / 05 Oktyabr 2026
22
12:21 / 05 Oktyabr 2026
24
12:15 / 05 Oktyabr 2026
25
12:04 / 05 Oktyabr 2026
49
12:03 / 05 Oktyabr 2026
40
12:00 / 05 Oktyabr 2026
50
11:55 / 05 Oktyabr 2026
57
11:50 / 05 Oktyabr 2026
50
11:42 / 05 Oktyabr 2026
69
11:39 / 05 Oktyabr 2026
52
11:31 / 05 Oktyabr 2026
48
11:28 / 05 Oktyabr 2026
56
11:16 / 05 Oktyabr 2026
64
11:08 / 05 Oktyabr 2026
917
11:02 / 05 Oktyabr 2026
287
10:57 / 05 Oktyabr 2026
78
10:56 / 05 Oktyabr 2026
64
10:53 / 05 Oktyabr 2026
67
10:51 / 05 Oktyabr 2026
66
10:48 / 05 Oktyabr 2026
66
10:44 / 05 Oktyabr 2026
91
10:34 / 05 Oktyabr 2026
522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.