Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir
05 Noyabr 2026, 03:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
835
25.09.2026, 22:24
25 milyard manatlıq İNVESTİSİYA: Qarabağ iqtisadiyyatın yeni mərkəzinə çevrilir? İqtisadçıdan mühüm AÇIQLAMA
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prioritet istiqamətlərdən biri kimi xüsusi yer tutur. Bu məqsədlə gələn ilin büdcə xərclərinin 3,4 milyard manatı və ya 8,25 %-i məhz həmin bölgələrin inkişafına yönəldiləcəkdir. Aparılan bu genişmiqyaslı islahatlar və tikinti-quruculuq işləri "Böyük Qayıdış" Dövlət Proqramının uğurla icrasını təmin edir.
Məlumat üçün bildirək ki, son illər ərzində işğaldan azad edilmiş ərazilərə ümumilikdə 25 milyard manatdan çox vəsait ayrılıb.
Ayrılan bu nəhəng maliyyə resursları təkcə iqtisadi planların gerçəkləşməsinə deyil, həm də bölgədə müasir infrastrukturun yaradılmasına xidmət edir.
Dövlət tərəfindən həyata keçirilən tədbirlər vətəndaşların təhlükəsiz və rahat yaşayışı üçün zəruri olan sosial-iqtisadi rifah şəraitini formalaşdırır. Eyni zamanda, bu bölgələrdə iqtisadi aktivliyin artması özəl sektorun və xarici investorların da diqqətini cəlb edir.
Məsələ ilə bağlı Oxu24.com-a danışan iqtisadçı Günay Hüseynova bölgəyə yönələn investisiyaların mahiyyətindən və iqtisadi təsirlərindən danışıb.
İqtisadçı bildirib ki, işğaldan azad edilmiş bölgələrə ayrılan maliyyə vəsaitləri yalnız dövlət büdcəsi ilə məhdudlaşmır, həm də xarici və yerli özəl kapitalın cəlb olunması ilə genişlənir:
"Ümumiyyətlə, bir məsələyə aydınlıq gətirim ki, həmin bölgəyə ayrılan məbləğ təkcə 3.4 milyard manatla yekunlaşmır. Bölgənin inkişafı, xüsusilə də turizm potensialının inkişafı məqsədilə özəl sahibkarlıq fəaliyyəti və həmçinin də xarici rezidentlərin, investorların bölgəyə yatırımı da mövcuddur”.
O qeyd edib ki, "Böyük Qayıdış" planı çərçivəsində həyata keçirilən tədbirlər sistemsiz deyil, əksinə, mütəmadi və ardıcıl şəkildə davam etdirilir.
Oxu: Maaş artımı ilə bağlı ekspertdən AÇIQLAMA
Günay Hüseynova son illərdə xərclənən 25 milyard manatın təyinatına toxunaraq vurğulayıb ki, bu vəsaitlərin bir hissəsi birbaşa kommersiya gəliri gətirməsə də, gələcək iqtisadi inkişafın təməlini qoyur:
"İşğaldan azad edilmiş ərazilərə son illərdə 25 milyard manat vəsaitin ayrılması ərazilərin iqtisadi planından əlavə tikinti və quruculuq işlərinə xərclənib. Müəyyən görülən işlər var ki, biz onları iqtisadi aktiv olaraq dəyərləndirə bilmirik. İnfrastruktur və həmin ərazidə vətəndaşın sosial-iqtisadi rifahına xidmət göstərən şəraitin yaradılması həmin bu xərclər çərçivəsindədir”.
İqtisadçının təhlilinə görə, inşa edilən yollar, kommunikasiya xətləri, yaşayış məntəqələri və sosial obyektlər ilkin mərhələdə birbaşa mənfəət mənbəyi olmasa da, uzunmüddətli dövrdə həmin regionların ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsini təmin edəcək. Xüsusilə azad torpaqların turizm, kənd təsərrüfatı və nəqliyyat-logistika imkanları yerli iş adamları və xarici investorlar üçün yeni iqtisadi horizontlar açır.
Beləliklə, işğaldan azad edilmiş ərazilərə yönəldilən vəsaitlər yalnız bərpa və quruculuq işləri ilə məhdudlaşmır. Bu investisiyalar bölgədə yeni iqtisadi imkanların formalaşmasına və biznes aktivliyinin artmasına şərait yaradır. Qarabağ və Şərqi Zəngəzurun turizm, kənd təsərrüfatı, sənaye və logistika potensialının gələcəkdə daha geniş şəkildə reallaşdırılması gözlənilir. Bölgədə infrastrukturun inkişafı özəl sektor üçün də yeni imkanlar yaradır. Bununla yanaşı, ərazilərin iqtisadi dövriyyəyə tam şəkildə inteqrasiyası uzunmüddətli proses kimi qiymətləndirilir. Qarşıdakı illərdə həyata keçiriləcək layihələrin bu ərazilərin ölkə iqtisadiyyatındakı rolunu daha da artıracağı gözlənilir.
Çimnaz Telmanqızı
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.