Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir
05 Noyabr 2026, 03:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
985
25.09.2026, 21:09
Azərbaycanda hərbi qulluqçuların maaş və pensiya təminatının qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması və artırılması istiqamətində mühüm addımların atılması gözlənilir. Silahlı Qüvvələr mənsublarının sosial rifahının yüksəldilməsi ordu sıralarında xidmət motivasiyasının artırılması baxımından strateji əhəmiyyət kəsb edir.
Bununla bərabər, yeni sistemin tətbiqi zamanı hərbi xidmətin spesifik xüsusiyyətlərinin və normativ-hüquqi baza ilə müəyyən edilmiş öhdəliklərin tam nəzərə alınması vacib şərtlərdən biri kimi çıxış edir. Ekspertlər hesab edirlər ki, hərbçilərin maddi təminatı ölkədəki ən yüksək standartlara cavab verməli, onların sosial müdafiəsi dayanıqlı prinsiplər əsasında qurulmalıdır.
Xüsusilə illər öncə qəbul edilmiş aidiyyəti sərəncamların tam icra olunması bu islahatların effektivliyini şərtləndirən əsas amillərdəndir. Mövzu ilə bağlı mövcud vəziyyəti dəyərləndirən mütəxəssislər islahatların tələsik deyil, hərtərəfli və əsaslandırılmış formada reallaşdırılmasının vacibliyini vurğulayırlar.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov gözlənilən yenilikləri, hərbçilərin sosial təminatındakı mövcud məqamları və həlli vacib olan məsələləri belə şərh edib:
“Azərbaycan hərbçilərinin maaş və pensiyalarının artırılması, sistemin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan addımları yalnız alqışlamaq olar. Hesab edirəm ki, Azərbaycanda hərbçilər ölkənin ən yüksək məvacib alan təbəqəsi olmalıdırlar”.
Onun sözlərinə görə, deputatlarla müqayisə aparsaq, parlament üzvlərinin sayı 125 nəfərdirsə, Silahlı Qüvvələrin heyəti on minlərlə şəxsdən ibarətdir:
“Deputatların böyük əksəriyyəti başqa sahələrdə də fəaliyyət göstərə bildiyi halda, hərbçi sırf öz xidməti məvacibinə bağlıdır və həyatını Vətən qulluğuna həsr edir”.
Ekspert qeyd edib ki, maaş və pensiyaların yeni sistem üzrə artırılması vacibdir, lakin burada bəzi həssas məqamlar var:
“Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə atdığı bəzi addımları biraz tələsik və yetərincə əsaslandırılmamış hesab edirəm. Ən çox narahatlıq doğuran məqam odur ki, hərbi sahədən anlayışı olmayan şəxslər bu gün hərbçilərin taleyini və sosial təminatını həll edirlər”.
Üzeyir Cəfərov vurğulayıb ki, sosial təminat və xidmət motivasiyası bir-biri ilə birbaşa bağlıdır:
“Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sual edirəm: 13 ildir dövlət başçısının hərbi qulluqçuların ərzaq təminatı ilə bağlı imzaladığı sərəncam niyə tam şəkildə şamil olunmur? Nə üçün bu sərəncamdan irəli gələn müddəalar bəzi qurumlar tərəfindən özünəməxsus şəkildə tətbiq edilir? Bu, cavab gözləyən çox vacib məsələdir”.
“Bir daha vurğulayıram: hərbçilərin maaş və pensiyası ölkədə ən yüksək səviyyədə olmalıdır. Çünki dövlətin varlığı və təhlükəsizliyi birbaşa öz Silahlı Qüvvələrinə və ordusuna borcludur”,- deyə ekspert əlavə edib.
Çimnaz Telmanqızı
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.