Sahil Babayev AÇIQLADI:2028-ci ildən tətbiq olunacaq
05 Noyabr 2026, 05:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
230
25.09.2026, 14:05
Naxçıvan Azərbaycanda bütün elektrik enerjisini yaşıl mənbələrdən alacaq ikinci region olacaq
Naxçıvan Azərbaycanda bütün elektrik enerjisini yaşıl mənbələrdən alacaq ikinci region olacaq.
Oxu24.com xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Naxçıvanın bütövlükdə bütün elektrik enerjisinin tam olaraq "yaşıl mənbələr"dən əldə edəcəyini görəcəyimiz günlər çox uzaqda deyil. Bu, çox gözəl göstəricidir. Azərbaycanda Şərqi Zəngəzur və Qarabağdan sonra Naxçıvan ikinci regionumuz olacaq ki, oradakı bütün elektrik enerjisi "yaşıl mənbələr"dən gələcək. Hətta Naxçıvanda istehsal edilən"yaşıl enerji"nin yerdə qalan hissəsi ya Azərbaycanın digər bölgələrinə transfer ediləcək, ya da ixrac olunacaq. Bu məqam "yaşıl dəhlizlər"lə bağlı bizim investorlarla görüşümüz üçün də fürsət yaradıb", - o qeyd edib.
Nazir müavini xatırladıb ki, Azərbaycan hazırda 4 yaşıl enerji dəhlizi üzərində işləyir: "Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Naxçıvan–Türkiyə və Bolqarıstan, Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa və Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirəcək yaşıl enerji dəhlizi. Bunlar bütöv olaraq düşünülməlidir. Çünki çox keçmədən bütün Azərbaycanda istehsal olunacaq "yaşıl elektrik enerjisi" sadəcə ölkəmizin tələbatını qarşılamayacaq, həm də digər ölkələrə "yaşıl enerji" ixracına fürsət yaradacaq".
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.