Bakıda ev arzusunda olanlara PİS XƏBƏR — Ekspert AÇIQLADI
04 Noyabr 2026, 17:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
468
25.09.2026, 11:26
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan “Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.
Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.
Eyni zamanda, pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək.
Qeyd edilib ki, bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq.İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq.
Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.
17:02 / 04 Noyabr 2026
19
16:58 / 04 Noyabr 2026
28
16:54 / 04 Noyabr 2026
66
16:49 / 04 Noyabr 2026
46
16:34 / 04 Noyabr 2026
243
16:32 / 04 Noyabr 2026
54
16:22 / 04 Noyabr 2026
104
16:21 / 04 Noyabr 2026
92
16:20 / 04 Noyabr 2026
80
16:19 / 04 Noyabr 2026
87
16:13 / 04 Noyabr 2026
79
16:12 / 04 Noyabr 2026
146
16:10 / 04 Noyabr 2026
105
16:04 / 04 Noyabr 2026
142
16:03 / 04 Noyabr 2026
82
15:43 / 04 Noyabr 2026
104
15:33 / 04 Noyabr 2026
1473
15:00 / 04 Noyabr 2026
133
14:58 / 04 Noyabr 2026
866
14:57 / 04 Noyabr 2026
99
14:48 / 04 Noyabr 2026
334
14:40 / 04 Noyabr 2026
245
14:34 / 04 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.