Sürücülərə müraciət EDİLDİ
04 Noyabr 2026, 09:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
247
24.09.2026, 10:40
Aqşin Yenisey yazır:
“Eramızdan əvvəl VII əsrdə (İslamdan min il öncə) yaşamış yəhudi peyğəmbəri Sofoniyanın (Zephaniah) kitabında allahın, qurban günündə qəribə geyinən hər kəsi cəzalandıracağı yazılıb... Daha sonra Məhəmməd peyğəmbərə aid edilən bir hədisə görə “başörtüsü inancsızlarla inanclılar arasında sərhəd” olaraq qəbul edilir. “Onlar kimi olmamaq üçün kafirlər kimi geyinməyin”.
Bu cümlələrin müəllifi şərqşünas Bernard Luisdir. “Orta Şərq” kitabı.
Sofoniyadan da min il, yəni eramızdan 1750 il əvvəl tarixdə ilk dəfə Babil hökmdarı Hammurapi özünün məşhur qanunlarında iffətli qadınların başörtüsü geyinmələrini əmr etmişdi.
Hammurapinin bu əmrindən əvvəl başörtüsü ana tanrıların mədədlərindəki rahibələrin uniforması idi.
Qədim dünyada kişilərin və qadınların dini ayin və rituallarda tanrı ilə ünsiyyət zamanı başıaçıq olmaları ədəbsizlik sayılırdı, cəzası vardı. Kişilər də başörtüsü geyiməyə məcbur idilər. Tanrı qarşısında hər kəs uniformada olmalıydı. Bu, metafizik bir öhdəlik, tələb idi.
Sual yaranır, XXI əsrdə Azərbaycanda orta məktəbə, universitetə gedən uşaqlar və yeniyetmələr orada hansı dini ayini və ritualı icra etməyə gedirlər ki, tanrının uniforma tələbinə uyğun geyinsinlər?
Əgər bizim məktəb və universitetlərdə, həqiqətən də, dini ayin və rituallar təşkil olunursa, məsələn, sinif otaqlarında və fakultələrdə mütəmadi qurban kəsilir, cümə namazları qılınırsa, əlbəttə, həmin mərasimlərə hər kəs başörtüsü ilə getməlidir.
Yox, əgər bizim uşaqlar və yeniyetmələr də məktəbə və universitetə elm öyrənməyə gedirlərsə, nə üçün allahın qarşısına çıxacaqlarmış kimi geyinməlidirlər?
09:54 / 04 Noyabr 2026
1
09:52 / 04 Noyabr 2026
15
09:43 / 04 Noyabr 2026
33
09:31 / 04 Noyabr 2026
42
09:30 / 04 Noyabr 2026
40
09:25 / 04 Noyabr 2026
45
09:22 / 04 Noyabr 2026
82
09:12 / 04 Noyabr 2026
67
09:05 / 04 Noyabr 2026
302
09:00 / 04 Noyabr 2026
93
08:58 / 04 Noyabr 2026
90
08:58 / 04 Noyabr 2026
821
08:47 / 04 Noyabr 2026
97
05:10 / 04 Noyabr 2026
194
01:45 / 04 Noyabr 2026
1802
01:07 / 04 Noyabr 2026
328
00:56 / 04 Noyabr 2026
493
00:38 / 04 Noyabr 2026
634
00:30 / 04 Noyabr 2026
592
00:29 / 04 Noyabr 2026
247
00:18 / 04 Noyabr 2026
420
00:11 / 04 Noyabr 2026
245
00:10 / 04 Noyabr 2026
393
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.