Bakıda hadisə: İnsanlar evi tərk etdi -FOTOLAR
15 Noyabr 2026, 22:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
16.09.2026, 14:32
Azərbaycan təhsilində şagirdlərin oxuduğu mətni başa düşmə səviyyəsi və təhsil sistemində gözlənilən islahatlarla bağlı müzakirələr səngimir. Elm və təhsil naziri Emin Əmrullayevin ölkədə üç nəfərdən ikisinin oxuduğu mətni anlamaqda çətinlik çəkdiyini bildirməsi geniş müzakirə doğurub. Bu fonda cəmiyyətdə uşaqların məktəbə 8 yaşından başlaması, təhsil müddətinin 10 ilə endirilməsi və proqramların yenidən qurulması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
Məsələ ilə bağlı Oxu24.com saytına açıqlama verən tanınmış təhsil eksperti Ramin Nurəliyev mövcud vəziyyəti təhlil edib, səsləndirilən iddialara münasibət bildirib və problemlərin aradan qaldırılması yollarını açıqlayıb.
Ekspert qeyd edib ki, ölkədə 10 milyon əhalinin 7 milyonunun oxuduğu hər hansı mətni başa düşməməsi fikrini qətiyyən qəbul etmir. Lakin əgər bu rəqəm orta ümumtəhsil məktəblərinin dərsliklərindəki mətnlərin həmin sinfin səviyyəsinə uyğunsuzluğu baxımından nəzərdə tutularsa, müəyyən mənada haqq vermək olar. Çünki bəzən elə mətnlər və suallar tərtib olunur ki, onları nəinki şagirdlər, hətta valideynlər belə başa düşməkdə çətinlik çəkirlər. Dərsliklər məhz sinfin yaş həddinə uyğun şəkildə hazırlanmalıdır.
Uşaqların məktəbə 8 yaşından tez başlamaması fikrini yanlış hesab edən təhsil eksperti bildirib ki, dünyanın heç bir inkişaf etmiş ölkəsində 8 yaşından orta məktəbə başlama təcrübəsi yoxdur:
“Dünya ölkələrinin 70-75%-də 12 illik təhsil sistemi tətbiq olunur. Bizdə də təhsil müddətinin 11 və ya 12 ilə qaldırılması daha məqsədəuyğundur. Təhsil müddətinin 10 ilə endirilməsi tamamilə mənasız olar, 8 yaşından məktəbə başlamaq isə uşaqların müəyyən qədər gücdən düşməsinə səbəb ola bilər”.
Əsas problemin imtahanyönümlülük olduğunu vurğulayan Ramin Nurəliyev bildirib ki, mövcud sistem şagirdləri daha çox universitetə qəbul istiqamətinə yönəldir. Nəticədə şagirdlərin bədii əsərləri, klassik ədəbiyyatı oxumağa vaxtı və imkanı qalmır:
“Yuxarı sinif şagirdləri 5-6 fəndən 5-ci sinifdən 11-ci sinfə qədər olan bütün mövzuları əhatə edən çətin qəbul imtahanlarına hazırlaşdıqları üçün mütaliəyə vaxt ayıra bilmirlər. Asudə vaxtlar isə ya sosial şəbəkələrə sərf olunur, ya da imtahan yükü altında əriyir”.
Ekspert vurğulayıb ki, insanların anlama, oxuma qabiliyyətinin və söz ehtiyatının zənginləşməsində bədii əsərlərin oxunması əsas şərtlərdən biridir. Lakin hazırda şagirdlərin bədii ədəbiyyat oxuma vəziyyəti sıfır səviyyəsindədir. Aşağı siniflərdən etibarən nağılların, hekayələrin, yuxarı siniflərdə isə romanların oxunması mütləq təmin olunmalıdır. Şagirdlər ədəbiyyat vasitəsilə söz ehtiyatını artırmalıdırlar.
Sonda ekspert hesab edir ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır: qəbul imtahanlarının həddindən artıq çətinliyi və sosial platformaların mənfi təsirləri aradan qaldırılmalı, dərsliklər uşaqların psixoloji və yaş xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır.
Çimnaz Telmanqızı
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.