Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı
06 Oktyabr 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
116
06.10.2026, 16:28
Ailə daxilində ən çox mübahisə doğuran həssas məsələlərdən biri valideynə məxsus yaşayış evində yetkin övladın və onun həyat yoldaşının uzun illər yaşaması ilə bağlı yaranan hüquqi kolliziyalardır. Xüsusilə yaşlı valideynlə yetkin oğul və gəlin arasında məişət münaqişələri baş qaldırdıqda cəmiyyətdə müxtəlif suallar tez-tez gündəmə gəlir. Evin tamamilə atanın mülkiyyətində olması onun istədiyi vaxt övladını və gəlinini evdən çıxarmaq səlahiyyəti verib-verməməsi ən çox müzakirə olunan məqamlardandır.
Eyni zamanda uzun illər həmin ünvanda yaşamaq və ya kommunal xərclərdə iştirak etmək sakinlərin xeyrinə mülkiyyət payı yaradıb-yaratmaması da vətəndaşları düşündürən əsas amillərdəndir. Azərbaycan qanunvericiliyində mülkiyyət hüququ, yaşayış sahəsindən istifadə hüququ və yaşayış yeri üzrə qeydiyyat hüquqi baxımdan bir-birindən ciddi şəkildə fərqləndirilir.
Konstitusiyanın və Mülki Məcəllənin normativlərinə əsasən, əmlakın dövlət reyestrindəki mülkiyyətçisi şəxsə öz əmlakından sərbəst istifadə etmək və onu müdafiə etmək səlahiyyəti qazandırır.
Lakin digər tərəfdən, Mənzil Məcəlləsinin tələblərinə görə mülkiyyətçinin ailə üzvləri yaşayış sahəsindən bərabər səviyyədə istifadə etmək hüququna malikdirlər.
Buna baxmayaraq, gəlinin hüquqi statusu ilə oğulun statusu arasında mühüm fərqlər mövcuddur və onların hər biri fərqli hüquqi əsaslarla qiymətləndirilir. Mülkiyyət hüququ ilə istifadə hüququnun tarazlığının qorunması məqsədilə bu cür mübahisələrin özbaşına deyil, məhz məhkəmə qaydasında həll edilməsi tələb olunur.
Oxu24.com oxucularının marağını nəzərə alaraq, mülkiyyəti yaşlı ataya məxsus evdə yaşayan övlad və gəlinin mənzildən çıxarılması və mülkiyyət hüququ məsələləri ilə bağlı təfərrüatları araşdırıb.
Mövzu ilə əlaqədar Oxu24.com-a danışan hüquqşünas Ellada Bayramova bildirib ki, qanunvericilikdə mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququ tamamilə fərqli anlayışlardır və onların bir-birinə qarışdırılması tez-tez ailə-məişət münaqişələrinə səbəb olur.
Hüquqşünas sözlərinə görə, mülkiyyətin tam olaraq yaşlı ataya məxsus olması onun həmin ev üzrə əsas səlahiyyətlərə malik olduğunu təsdiq edir, lakin bu, şəxslərin hüquqlarının kobud şəkildə pozulmasına əsas vermir:
“Ev tamamilə atanın mülkiyyətindədirsə, prinsip etibarilə onun bu evi boşaltmaq və ya sakinlərə qarşı tələb irəli sürmək hüququ mövcuddur. Lakin oğul mülkiyyətçinin ailə üzvü (uşaqları) kateqoriyasına daxil olduğuna və müəyyən istifadə hüququna malik ola bildiyinə görə, bu məsələ sadəcə qapını bağlamaq və ya fiziki təzyiq göstərməklə həll edilə bilməz. Mülkiyyətçi tərəfindən özbaşına hərəkətlərin (qapını dəyişmək, əşyaları küçəyə atmaq) edilməsi qanuna ziddir və məsuliyyət yarada bilər. Buna görə də mübahisələr yalnız məhkəmə qaydasında həll olunmalıdır”.
Ellada Bayramova qeyd edib ki, gəlin avtomatik olaraq atanın Mənzil Məcəlləsində göstərilən ailə üzvləri sırasına daxil edilmir. Onun evə köçürülməsi mülkiyyətçinin razılığına əsaslanır. Əgər həmin razılıq geri götürülübsə və gəlinin başqa müstəqil hüquqi əsası yoxdursa, mülkiyyətçi onun evdən çıxarılması üçün məhkəməyə müraciət edə bilər.
Uzun müddət yaşamaq mülkiyyət payı yaradırmı?
Hüquqşünas Ellada Bayramova xüsusi olaraq vurğulayıb ki, vətəndaşlar arasındakı ən böyük yanlış təsəvvürlərdən biri illərlə eyni evdə yaşamağın mülkiyyət hüququ yaratması fikridir:
”Bir evin içində 5 il, 10 il və ya 20 il yaşamaq, həmin ünvanda daimi qeydiyyatda olmaq, uşaqların orada dünyaya gəlməsi, eləcə də kommunal xərclərin ödənilməsində və ya evdə iştirak etməkdə qalmaq avtomatik olaraq həmin şəxslərə evdən mülkiyyət payı qazandırmır. Daşınmaz əmlaka hüquq qanunla müəyyən edilmiş qaydada və dövlət reyestrində qeydiyyat əsasında əldə olunur.
Əgər oğul və ya gəlin evə öz vəsaitlərini qoyduqlarını, əsaslı təmir və ya yenidənqurma apardığını iddia edirlərsə, bu, onlara birbaşa evin mülkiyyətindən pay vermir. Lakin çəkilmiş zəruri məsrəflərin və xərclərin miqdarı sübuta yetirildiyi təqdirdə, onlar mülki-hüquqi qaydada pul kompensasiyası və ya xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik ola bilərlər”.
Sonda hüquqşünas əlavə edib ki, bu cür ailə münaqişələrində tərəflərin həm mülkiyyət hüququ, həm də qanuni istifadə hüquqları nəzərə alınmalı, hər hansı radikal addım atmazdan əvvəl tərəflərin hüquqi statusu dəqiq qiymətləndirilməlidir.
Çimnaz Telmanqızı
16:51 / 06 Oktyabr 2026
149
16:47 / 06 Oktyabr 2026
48
16:40 / 06 Oktyabr 2026
46
16:32 / 06 Oktyabr 2026
86
16:25 / 06 Oktyabr 2026
51
16:15 / 06 Oktyabr 2026
57
16:09 / 06 Oktyabr 2026
610
16:07 / 06 Oktyabr 2026
56
15:57 / 06 Oktyabr 2026
59
15:50 / 06 Oktyabr 2026
68
15:44 / 06 Oktyabr 2026
80
15:39 / 06 Oktyabr 2026
72
15:20 / 06 Oktyabr 2026
153
15:19 / 06 Oktyabr 2026
104
15:16 / 06 Oktyabr 2026
217
15:05 / 06 Oktyabr 2026
77
15:00 / 06 Oktyabr 2026
75
14:34 / 06 Oktyabr 2026
78
14:24 / 06 Oktyabr 2026
148
14:18 / 06 Oktyabr 2026
7061
14:14 / 06 Oktyabr 2026
73
14:10 / 06 Oktyabr 2026
90
14:05 / 06 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.