Zaur Kərimov yüksək vəzifəyə təyin edildi
09 Oktyabr 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
810
05.09.2026, 18:46
Xəbər verdiyimiz kimi,Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərində əks etdirdiyi yazılar yazıb.
Tarixi abidələrin bu formada korlanması cəmiyyətdə birmənalı olaraq etirazla qarşılanıb.Məsələnin tarixi əhəmiyyəti ilə yanaşı bir mənəvi tərəfi də var.Şuşa bizə sıradan bir şəhər deyil axı...
Bu şəhərin Xalqımız üçün nə qədər böyük bir məna daşıdığı hər kəsə məlumdur.
Tarixi və memarlıq əhəmiyyətli binalara, abidələrə və digər mədəniyyət nümunələrinə münasibətdə xüsusi həssaslıq nümayiş etdirilməlidir. Şuşa kimi unikal tarixi şəhərdə bu məsələ daha da həssasdır. Hər bir daş, hər bir divar şəhərin ümumi simasının və milli irsimizin bir parçasıdır.Bu şəhərin hər bir addımında,bu qayaların hər bir nöqtəsində bir Şəhid,biz qazi,bir hərbçi izi var axı...Azərbaycan əsgərinin o sıldırım qayaları əli yalın,dişi-dırnağı ilə necə qalxması,dünya mediasında Azərbaycan əsgərinin Şuşa qəhrəmanlığının geniş əks olunması,Ali Baş Komandan İlham Əliyevin Şuşadan etdiyi mühüm çağırışlar bu şəhərin necə böyük əhəmiyyət daşıdığını sübut etmirmi?
Şuşa bizə həm də Şəhidlərin əmanəti və xatirələrinin iz buraxdığı bir ocaqdır.Bu ocağa sayğı və hörmətlə yanaşmaq hər bir şəxsin vətəndaşlıq borcu olmalıdır.
Mövzu ilə bağlı “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran Həsənova Oxu24.com-a açıqlama verib.
Şəhid anası Şuşa şəhərində yerləşən tarixi abidələrə edilən bu hörmətsizliyə qəti etirazını bildirib.
"Sosial şəbəkədə Şuşaya səfər edən yerli vətəndaşlarımızın tarixi abidə sayılan, üzərlərində şəhidlərimizin izləri qalan qayalıqlarda şəhidlərin adlarının yazılması barədə xəbərləri oxudum. Bu mənə bir şəhid anası olaraq çox pis təsir etdi. Bu tarixi abidələr bizim qan yaddaşımızdır, artıq bütün beynəlxalq aləmdə tanınan, xarici turistlərin səfər etdiyi bu yerləri qorumaq hər birimizin müqəddəs borcudur. O qayalıqlar bir neçə şəhidin adıyla deyil, Azərbaycanın canından, qanından keçən oğullarının adıyla müqəddəsləşib.Ölkəmizdə şəhidlərin xatirəsinə ucaldılmış kifayət qədər abidə, park, xiyaban, memorial kompleks və digər rəsmi yerlər var. Bu yerlər dövlət səviyyəsində, peşəkar yanaşma ilə yaradılıb və şəhidlərin adlarını ləyaqətlə əbədiləşdirir",-deyə Şəhid anası bildirib.
Jalə
20:28 / 09 Oktyabr 2026
8
20:12 / 09 Oktyabr 2026
34
20:01 / 09 Oktyabr 2026
42
19:49 / 09 Oktyabr 2026
56
19:38 / 09 Oktyabr 2026
63
19:25 / 09 Oktyabr 2026
82
19:20 / 09 Oktyabr 2026
83
19:15 / 09 Oktyabr 2026
66
19:08 / 09 Oktyabr 2026
68
18:59 / 09 Oktyabr 2026
65
18:50 / 09 Oktyabr 2026
70
18:46 / 09 Oktyabr 2026
79
18:35 / 09 Oktyabr 2026
76
18:22 / 09 Oktyabr 2026
120
18:21 / 09 Oktyabr 2026
83
18:10 / 09 Oktyabr 2026
80
17:55 / 09 Oktyabr 2026
87
17:47 / 09 Oktyabr 2026
104
17:39 / 09 Oktyabr 2026
124
17:36 / 09 Oktyabr 2026
515
17:23 / 09 Oktyabr 2026
92
16:59 / 09 Oktyabr 2026
144
16:55 / 09 Oktyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.