İpoteka ilə bağlı RƏSMİ XƏBƏR
05 Noyabr 2026, 07:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1214
05.09.2026, 14:16
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun fəaliyyəti yalnız rəsmi qəbullar və tədbirlərlə məhdudlaşmır. Rayon rəhbərinin müxtəlif yaş və sosial qruplardan olan insanlarla görüşləri, kəndlərə səfərləri və sakinlərlə birbaşa ünsiyyəti diqqət çəkir. Bəzən bu görüşlər rəsmi kabinetlərdə deyil, çayxanalarda və kənd sakinlərinin arasında keçirilir. Onun vətəndaşlarla nərd oynaması, yaşlılarla söhbət etməsi, uşaqlar, qazilər və şəhid ailələri ilə görüşləri fəaliyyətinin fərqli tərəflərini göstərir.
Metbuat.az xəbər verir ki, Araz Əhmədov haqqında diqqət çəkən məqamlardan biri onun general-mayor rütbəsi daşımasıdır. O, 1963-cü ildə Naxçıvanın Ordubad rayonunun Biləv kəndində anadan olub. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu, indiki Bakı Slavyan Universitetini bitirib.
2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin general-mayoru ali hərbi rütbəsinə layiq görülüb. Araz Əhmədov, həmçinin Qarabağ müharibəsi veteranıdır.
O, 2022-ci il iyulun 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Rayon rəhbərinin fəaliyyətində sakinlərlə birbaşa ünsiyyət xüsusi yer tutur. O, müxtəlif kəndlərdə keçirilən görüşlər zamanı vətəndaşların problemlərini dinləyir, müraciətləri ilə maraqlanır. Görüşlərdə sosial məsələlərlə yanaşı, kəndlərin gündəlik həyatı, sakinlərin qayğıları və təklifləri də müzakirə olunur.
Araz Əhmədovun görüş dairəsi də kifayət qədər genişdir. O, uşaqlarla görüşlərdən tutmuş yaşlı sakinlərlə söhbətlərə, qazilər və hərbçilərlə görüşlərdən şəhid ailələrinin ziyarətinə qədər müxtəlif tədbirlərdə iştirak edir.
İcra başçısının ötən gün balaca Kərimlə görüşü də diqqət çəkib. Masallının Ninəlov kəndinin azyaşlı sakini rayon rəhbəri ilə görüşmək arzusunda olduğunu bildirib. Bu arzu gerçəkləşib və Araz Əhmədov balaca Kərimlə görüşüb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə bu cür birbaşa ünsiyyəti onun fəaliyyətində diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.
07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.