Bu yolda problem var!
15 Oktyabr 2026, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
301
04.09.2026, 16:33
Quzanlının görkəmli şəxsiyyətləri -Professor Qulu Xəlilliyə dərs demiş Əfqan Məmmədov
Oxu24.com xəbər verir ki,Əfqan Məmmədov 1926-cı ildə Quzanlıda doğulub. Atası Qafqaz İslam Ordusunun əsgəri olmuş Salman Həllacdır.
2 illik Ağdam Müəllimlər İnstitutunu, sonra Azərbaycan Pedaqoji İstitutunun (indiki ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1940- cı illərin əvvəllərindən Ağcabədidə başlayıb. Rayonun müxtəlif kəndlərində, o cümlədən Qaravəlli, Salmanbəyli, Poladlı, Sarlcalı müəllim işləyib.
Sarıcalı kəndində uzun müddət orta məktəbdə tədris işləri üzrə direktor müavini, gecə məktəbində isə direktor müavini vəzifəsində çalışıb.
1964- cü ildən Ağdam rayonunun İmamqulubəyli kənd səkkizillik məktəbində, bir neçə ildən sonra, ömrünün sonuna qədər Quzanlı kənd səkkizillik məktəbində tədris işləri üzrə direktor müavini olub.
Oğlu Fəsli Məmmədov deyir ki, Ağcabədi rayonun Salmanbəyli kəndində yaşlı nəslin nümayəndələri Əfqan müəllimi dərin minnətdarlıqla xatırlayır, onun olduqca savadlı pedaqoq olduğunu söyləyirlər: "Sarıcalı kəndindən görüşdüyüm çox adamlardan da bu barədə eşitmişəm. Atam mərhum yazıçımız Qulu Xəlilova da dərs deyib. 1978- cı ildə mən ali məktəbə qəbul imtahanları verən müddətdə müvəqqəti kirayə qaldığım həyət evindən Qulu Xəlilovun çıxdığını gördüm. Sən demə bu ev onun bacısı evi imiş!
Ev sahibəsinə dedim ki, orta məktəbdə mənim atam onun müəllimi olub! Səhəri gün Qulu müəllim gəldi və məni çağırıb kimliyimi soruşduqdan sonra dedi ki, sənin atan Azərbaycan ədəbiyyatını və dilini o gözəl tədris edib mənə sevdirdi ki, mən filoloq olmağa qərar verdim!
Bu günlərdə kəndimizin görkəmli ziyalısı, dəyərli insan, respublikada uzun müddət məhkəmə orqanlarında çalışmış hörmətli Əsəd Mirzalıyevdən də atam haqqında çox ehtiramla xatırlanma mesajı aldım".
Ağdam təhsil şöbəsində Əfqan müəllimin peşəkarlığı, pedaqoji xidmətləri rəhbərlik və ümumən kollektiv tərəfindən yüksək qiymətləndirilib və indi də tanıyanlar tərəfindən ehtiramla anılmaqdadır.
Əfqan müəllim Faiq Abdullaoğlunun dayısı, politoloq Nəsimi Məmmədlinin əmisidir. Bakı toylarında məşhur olmuş istedadlı meyxanaçı Nofəl Ağdamlı onun oğul nəvəsidir.
Əfqan Məmmədov 1980-cı ilin senyabrın 26-da vəfat edib. Məzarı Quzanlı qəbristanlığındadır.
Müəllif: Elman Cəfərli
12:10 / 15 Oktyabr 2026
1
12:08 / 15 Oktyabr 2026
8
12:01 / 15 Oktyabr 2026
27
11:57 / 15 Oktyabr 2026
25
11:55 / 15 Oktyabr 2026
32
11:46 / 15 Oktyabr 2026
49
11:40 / 15 Oktyabr 2026
54
11:29 / 15 Oktyabr 2026
370
11:25 / 15 Oktyabr 2026
75
11:16 / 15 Oktyabr 2026
68
11:14 / 15 Oktyabr 2026
67
11:04 / 15 Oktyabr 2026
90
11:00 / 15 Oktyabr 2026
57
10:57 / 15 Oktyabr 2026
61
10:52 / 15 Oktyabr 2026
75
10:45 / 15 Oktyabr 2026
48
10:42 / 15 Oktyabr 2026
71
10:40 / 15 Oktyabr 2026
92
10:35 / 15 Oktyabr 2026
79
10:26 / 15 Oktyabr 2026
61
10:24 / 15 Oktyabr 2026
1353
10:09 / 15 Oktyabr 2026
72
10:05 / 15 Oktyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.