Son dərəcə sərt qış qapıdadır
04 Noyabr 2026, 01:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1049
03.09.2026, 11:56
Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımından müzakirə mövzusudur.
Bəs, hazırda üç və daha çox uşağı olan ailələrə ayrıca aylıq müavinət verilməsi ilə bağlı konkret təklif və ya müzakirə varmı və belə bir ödənişin tətbiqi ailələrin sosial vəziyyətinə və ölkədə demoqrafik göstəricilərə necə təsir edə bilər?
.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsi və bu kateqoriyaya aid uşaqların sayının 5-dən 3-ə endirilməsi ilə bağlı təkliflər Milli Məclisə təqdim edilib:
"Bunun əsas səbəbi son illərdə 5 və daha çox uşağı olan ailələrin sayının çox olmamasıdır. Təklifimiz ondan ibarətdir ki, 3 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilsin. Təklif qəbul olunacağı halda, 3 və daha çox uşağı olan ailələr dövlət tərəfindən aylıq müavinət almaq hüququ əldə edə biləcəklər. Yəni hər uşağa görə müavinət ödənilməsi nəzərdə tutulur. Eyni zamanda, həmin ailələrdə anaların, bəzi hallarda isə ataların daha erkən pensiyaya çıxması üçün imkan yaradıla bilər".
Deputat bildirib ki, təklifə əsasən, üç uşaqlı ailələrdə pensiya yaşının 3 il, dörd uşaqlı ailələrdə 4 il, beş və daha çox uşağı olan ailələrdə isə 5 il azaldılması nəzərdə tutulur:
"Düşünürük ki, bu dəyişiklik həm təbii artımın dəstəklənməsi, həm də 3 və daha çox uşağı olan ailələrin sosial baxımdan daha yaxşı təmin edilməsi baxımından məqsədəuyğun ola bilər. Beləliklə, çoxuşaqlı ailə anlayışına yanaşmanın dəyişdirilməsi daha çox ailənin dövlət büdcəsindən aylıq müavinət almasına və valideynlərin daha erkən pensiyaya çıxmasına imkan yarada bilər".
01:45 / 04 Noyabr 2026
87
01:07 / 04 Noyabr 2026
163
00:56 / 04 Noyabr 2026
189
00:38 / 04 Noyabr 2026
264
00:30 / 04 Noyabr 2026
139
00:29 / 04 Noyabr 2026
168
00:18 / 04 Noyabr 2026
221
00:11 / 04 Noyabr 2026
139
00:10 / 04 Noyabr 2026
241
23:58 / 03 Noyabr 2026
359
23:58 / 03 Noyabr 2026
3484
23:50 / 03 Noyabr 2026
191
23:40 / 03 Noyabr 2026
158
23:34 / 03 Noyabr 2026
210
23:04 / 03 Noyabr 2026
372
22:59 / 03 Noyabr 2026
118
22:52 / 03 Noyabr 2026
154
22:48 / 03 Noyabr 2026
123
22:45 / 03 Noyabr 2026
167
22:33 / 03 Noyabr 2026
160
22:30 / 03 Noyabr 2026
227
22:29 / 03 Noyabr 2026
269
22:25 / 03 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.