Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
316
01.09.2026, 17:40
Cəmiyyətdə tez-tez rast gəlinən, lakin əksər hallarda dərindən analiz edilməyən gizli narsisizm anlayışı münasibətlərdə ciddi emosional gərginliklər yaradır. Açıq-aşkar lovğalanan narsisistlərdən fərqli olaraq, gizli narsisistlər özlərini qurban mövqeyinə qoyaraq qarşı tərəfdə daimi günahkarlıq hissi formalaşdırırlar. Bu tip insanlar manipulyasiya üsulları ilə münasibətləri idarə etməyə üstünlük verirlər. Bəs görəsən, gizli narsisizm anadangəlmə xasiyyətdir, yoxsa sonradan qazanılan psixoloji problemdir? Mütəxəssislər bu suallara cavab olaraq gizli narsisizmin kökündə dayanan əsas səbəbləri açıqlayırlar. Psixoloji yanaşmalara əsasən, bu xüsusiyyətlərin korreksiyası və aradan qaldırılması müəyyən şərtlər daxilində mümkündür.
Mövzu ilə bağlı Oxu24.com oxucuları üçün psixoloq Vəfa Rəşidova ətraflı açıqlama verib.
O bildirib ki, əslində gizli narsisistlər psixiatriyada və psixologiyada tam klinik bir vaka kimi qiymətləndirilmirlər. Amma əslində dərindən baxsaq, onlar bir qədər fərqində olurlar etdiklərinin, davranışlarının və ona görə də narsist açıq-aşkar narsisistlərlə gizli narsisistlərin fərqi odur ki, gizli narsisistləri hardasa psixoloji seanslarla korreksiya etmək mümkün olur. Çünki gizli narsisistlər də təbii ki, özlərini qurban pozisiyasında görməyi sevirlər, amma ən azı bunun fərqində olurlar.
Psixoloq qeyd edib ki, amma açıq-aşkar narsisistlər, tipik narsisistlər belə çox vaxt özlərinin fərqində olmurlar:
“Yəni fərq burdadır, ona görə də gizli narsisistləri daha çox, daha tez müalicəyə, psixoloji seanslara yatımlı olurlar, uyumlu olurlar və korreksiyalar da mümkün olur. Bu bir xasiyyət deyil əslində, bu sonradan yaranmış psixoloji bir problem olur. Çünki heç vaxt heç kim narsist doğulmur”.
Vəfa Rəşidova narsistin müəyyən yaşantılardan sonra aşağılanma kompleksindən əziyyət çəkən insanların əslində örtbasdır etdiyi tərəfləri olduğunu vurğulayıb. Onun sözlərinə görə, narsisistin daxilində qorxaq, ürkək, özünə inamsız, özünə əmin olmayan bir balaca uşaq yatır, və onlar o qədər də göründüyü kimi özgüvənli, inamlı, şən insanlar olmurlar:
“Narsistlik bir psixoloji pozuntudur və qazanılmış bir problemdir. Yəni bunu xasiyyətlə biz yan-yana qoya bilmərik. O səbəbdən də hər bir narsisistin öz yaşanmışlığı, öz travmaları var, hansı ki, o travmaların üstünü qapatmaq üçün narsistə çevrilir”.
Mütəxəssis izahatından göründüyü kimi, gizli narsisizm anadangəlmə xarakter xüsusiyyəti deyil, daha çox insanın həyatı boyu məruz qaldığı travmaların və aşağılanma komplekslərinin yaratdığı psixoloji müdafiə mexanizmidir. Bu psixoloji problemi aradan qaldırmaq üçün əsas şərt insanın öz travmaları ilə üzləşməsi və mütəxəssis nəzarəti altında daxili korreksiya prosesindən keçməsidir.
Çimnaz Telmanqızı
23:55 / 31 Oktyabr 2026
731
23:52 / 31 Oktyabr 2026
233
23:44 / 31 Oktyabr 2026
331
23:22 / 31 Oktyabr 2026
93
22:59 / 31 Oktyabr 2026
208
22:32 / 31 Oktyabr 2026
1505
22:31 / 31 Oktyabr 2026
136
21:19 / 31 Oktyabr 2026
137
21:09 / 31 Oktyabr 2026
131
20:59 / 31 Oktyabr 2026
2157
20:51 / 31 Oktyabr 2026
242
20:46 / 31 Oktyabr 2026
130
20:37 / 31 Oktyabr 2026
121
20:33 / 31 Oktyabr 2026
171
20:25 / 31 Oktyabr 2026
108
19:58 / 31 Oktyabr 2026
400
19:44 / 31 Oktyabr 2026
118
19:37 / 31 Oktyabr 2026
105
19:29 / 31 Oktyabr 2026
796
19:28 / 31 Oktyabr 2026
213
19:26 / 31 Oktyabr 2026
332
19:20 / 31 Oktyabr 2026
119
19:20 / 31 Oktyabr 2026
1234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.