Qaynar xətt:

(+99450) 247 90 86

 Yol qəzası -  Üç  nəfər xəsarət aldı

 Yol qəzası -  Üç  nəfər xəsarət aldı

CƏMİYYƏT

55

28.08.2026, 09:00

Şəkidə baş verən yol qəzası nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı avtomobildə olan Oğuz rayon sakinləri – 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinə və müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.