Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
304
27.08.2026, 09:00
Rusiyada miqrantların ölkədən xaricə həyata keçirdikləri bank köçürmələrinə 3%-lik xüsusi vergi tətbiq edilməsi təklif olunub.
TASS xəbər verir ki, bu təşəbbüslə “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov çıxış edib. O bildirib ki, xarici vətəndaşlar tərəfindən xaricə göndərilən hər bank köçürməsinə 3% ödəniş tətbiq edilməlidir.
Mironovun sözlərinə görə, 2026-cı ildə miqrantlar Rusiyadan xaricə 17 milyard rubldan çox vəsait köçürüblər. Onun iddiasına görə, hazırda bu vəsait vergiyə cəlb olunmur.
Təklif Rusiyada çalışan Özbəkistan vətəndaşlarına da təsir göstərə bilər. Özbəkistan Miqrasiya Agentliyinin məlumatına əsasən, ölkə vətəndaşlarından təxminən 834 200 nəfər Rusiyada işləyir.
Özbəkistan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkəyə xaricdən fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,3 milyard dollara çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13% və ya 1,1 milyard dollar çoxdur.
Köçürmələrin 4,8 milyard dolları, yaxud ümumi məbləğin 51,7%-i P2P sistemi vasitəsilə birbaşa bank kartlarına göndərilib. Bu göstərici illik müqayisədə 32% artıb.
Beynəlxalq pulköçürmə sistemləri vasitəsilə isə 4,3 milyard dollar vəsait göndərilib. Bu məbləğ ümumi köçürmələrin 46,7%-ni təşkil edib.///unikal
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.