Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
268
26.08.2026, 22:53
Çətinliklə üzləşəndə yaxınlarımızdan təsəlli və dəstək almaq istəməyimiz təbiidir. Lakin şəxsi problemləri hər kəslə bölüşmək bəzən insanı rahatlaşdırmaq əvəzinə onun vəziyyətini daha da ağırlaşdıra bilər.
Oxu24.com xəbər verir ki, insanların hadisələri fərqli qəbul etməsi və empatiya səviyyəsinin eyni olmaması gözlənilən dəstəyin alınmasına mane ola bilər.
Birinci səbəb insanların başqasının problemlərini dinləmək istəməməsidir. Əksəriyyət öz qayğıları və şəxsi çətinlikləri ilə məşğul olduğuna görə başqa birinin yaşadıqlarına kifayət qədər diqqət ayıra bilmir. Mənfi mövzulu söhbətlər onların stressini artırdığından reaksiyaları soyuq və səthi ola bilər.
Qarşınızdakı insan sizi diqqətlə dinləmirsə, onunla söhbət rahatlıq gətirməyəcək. Əksinə, səmimi münasibət görməmək tənhalıq hissini gücləndirə və yaşadığınız problemi daha ağır göstərər.
İkinci səbəb hisslərinizin başa düşülməməsidir. İnsanlar eyni hadisəyə müxtəlif cür reaksiya verirlər. Biri üçün adi görünən vəziyyət başqası üçün ciddi emosional sarsıntıya çevrilə bilər. İşini itirmək, münasibətin bitməsi və ya ailədaxili problem hər kəsə eyni dərəcədə təsir göstərmir.
Probleminizi danışdığınız şəxsin necə reaksiya verəcəyini əvvəlcədən müəyyənləşdirmək çətindir. Bəziləri yaşadıqlarınızı kiçildə, “boş şeyə görə narahat olursan” deyə və ya hisslərinizə hörmətsiz yanaşa bilər. Belə münasibət insanın özünü daha pis hiss etməsinə səbəb olur.
Üçüncü səbəb paxıllıq və başqasının uğursuzluğuna sevinməkdir. Bəzi insanlar əvvəllər daha uğurlu hesab etdikləri şəxsin problemlərini eşidəndə gizli məmnunluq keçirirlər. Belə insanlardan anlayış və səmimi dəstək gözləmək düzgün deyil.
Bu, problemləri heç kimlə bölüşməmək demək deyil. Daxili hisslər barədə danışmaq faydalıdır, lakin bunun üçün etibar etdiyiniz, sizi mühakimə etmədən dinləyən və sirrinizi qoruyan insanı seçmək vacibdir.
Yaxınlarınızdan lazımi dəstəyi ala bilmirsinizsə və yaşadığınız problem gündəlik həyatınıza təsir göstərirsə, psixoloqa müraciət etmək daha təsirli seçim ola bilər. Əsas məsələ susmaq deyil, dərdinizi doğru insanla bölüşməkdir.
00:08 / 16 Noyabr 2026
156
23:41 / 15 Noyabr 2026
173
23:35 / 15 Noyabr 2026
270
23:32 / 15 Noyabr 2026
141
23:07 / 15 Noyabr 2026
519
22:43 / 15 Noyabr 2026
1198
22:34 / 15 Noyabr 2026
181
22:24 / 15 Noyabr 2026
150
22:05 / 15 Noyabr 2026
1210
21:57 / 15 Noyabr 2026
614
21:37 / 15 Noyabr 2026
1496
21:07 / 15 Noyabr 2026
1457
20:58 / 15 Noyabr 2026
685
20:55 / 15 Noyabr 2026
269
20:44 / 15 Noyabr 2026
458
20:39 / 15 Noyabr 2026
168
20:30 / 15 Noyabr 2026
196
20:09 / 15 Noyabr 2026
586
19:51 / 15 Noyabr 2026
578
19:37 / 15 Noyabr 2026
177
19:17 / 15 Noyabr 2026
180
19:09 / 15 Noyabr 2026
163
18:40 / 15 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.