Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
26.08.2026, 16:14
Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com xəbər verir ki, paytaxtın mərkəzində “makler”lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, R.Həsənov 2023-cü ildə ev almaq və təmir etmək adı ilə sevgi münasibətində olduğu Gülbahar (şərti) adlı qadından hissə-hissə olmaqla 235 min manat alıb. O, Nərimanov rayonunda “MetroPark” ticarət mərkəzinin qarşısındakı yeni tikilmiş binadan mənzil göstərərək qadının etibarını qazanıb. Bundan sonra pulları Gülbahardan və onun anasından alan şəxs Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib.
R.Həsənovun qaçdığını görən qadın onun barəsində polisə şikayət edib və cinayət işi açılıb. Bu il isə R.Həsənov tutularaq istintaqa cəlb edilib, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə şikayətçi qadın qarşı tərəfin vurduğu zərəri tam ödədiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmə R.Həsənova 6 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin cəza 2 il sınaq müddəti verilməklə şərti hesab edilib. Onun barəsindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib. ("Qafqazinfo")
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.