TƏCİLİ! Azərbaycan onları beynəlxalq axtarışa verib
17 Avqust 2026, 18:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
17.08.2026, 17:54
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Qazaxıstan Respublikasının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əskərov Tahir Aydın oğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Əskərov Tahir Aydın oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni ölkəmizin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında 25.02.2026-cı il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq, satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış verilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Qazaxıstan Respublikası ərazisində müəyyən edilərək saxlanılıb.
Ekstradisiya prosedurları başa çatdırılaraq həmin şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Azərbaycan Respublikasına gətirilib və istintaq orqanına təhvil verilib.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.
18:58 / 17 Avqust 2026
23
18:51 / 17 Avqust 2026
27
18:45 / 17 Avqust 2026
81
18:36 / 17 Avqust 2026
31
18:30 / 17 Avqust 2026
142
18:23 / 17 Avqust 2026
177
18:10 / 17 Avqust 2026
53
17:44 / 17 Avqust 2026
78
17:28 / 17 Avqust 2026
75
17:25 / 17 Avqust 2026
66
17:12 / 17 Avqust 2026
81
16:56 / 17 Avqust 2026
75
16:43 / 17 Avqust 2026
84
16:40 / 17 Avqust 2026
87
16:37 / 17 Avqust 2026
88
16:19 / 17 Avqust 2026
77
16:15 / 17 Avqust 2026
86
16:10 / 17 Avqust 2026
59
15:58 / 17 Avqust 2026
94
15:50 / 17 Avqust 2026
90
15:32 / 17 Avqust 2026
65
15:30 / 17 Avqust 2026
83
15:18 / 17 Avqust 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.