Bu cərimə dəyişdi
02 Sentyabr 2026, 18:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
147
13.08.2026, 16:10
Dini inancın və mənəviyyatın əsasında cəza qorxusunun, yaxud daxili vicdan və sevginin dayanması məsələsi hər zaman cəmiyyəti düşündürən əsas mövzulardan olub. Cəhənnəm və günah qorxusu insanı həqiqi mənada mənəvi davranışa yönəldir, yoxsa bu, sadəcə cəzadan çəkinmək hissidir? İslami dəyərlərin mahiyyətində qorxunun yeri və dindarlığın davamlılığı məsələsi cəmiyyətdə tez-tez müzakirə obyektinə çevrilir. Həqiqi imanın sevgi və rəhmət üzərində qurulduğunu vurğulayan mütəxəssislər, qorxunun yalnız müəyyən çərçivələrdə xəbərdarlıq rolu oynadığını bildirirlər. Mövzu ilə bağlı cəmiyyəti maraqlandıran suallara aydınlıq gətirmək üçün ilahiyyatçı Ağa Hacıbəyli Oxu24.com-a geniş açıqlama verib.
"İslamın təməli qorxu ilə deyil, 'Oxu' əmri ilə başlayır"
İlahiyyatçı Ağa Hacıbəyli Oxu24.com-a açıqlamasında məsələnin mahiyyətini dərk etmək üçün ilk növbədə Qurani-Kərimə müraciət etməyin vacibliyini qeyd edib:
"610-cu ildə Hira mağarasında İslamın ilk fundamental prinsipi olaraq enən ayə 'Oxu' ayəsidir, yoxsa qorxu ayəsi deyil. Yəni İslamın təməli, ruhu və bütün dəyərləri bir oxu əmri ilə başlayır.
Qurani-Kərimin ilk surəsi Fatihədir. Siz Quran ölkəsinə daxil olduğunuz zaman başınızın üzərində 'Bismilləhir-Rəhmənir-Rəhim' — yəni Rəhman və Mehriban Allahın adı ilə oxu ifadəsini görürsünüz”.
İlahiyyatçının sözlərinə görə, Uca Yaradan özünü bizə Rəhman və Rəhim olaraq tanıdır. 114 surənin başında heç bir yerde qorxu əmri görmürsünüz, daim rəhmət və mərhəmət görürsünüz. Qurani-Kərimin sonuncu, 114-cü surəsi olan Nəss surəsində belə, qorxu yox, Allaha sığınmaq — şərdən, şərlatanlardan və pis işlərdən Rəbbə sığınmaq təlqin olunur.
"Qorxudan doğan ibadət qul ibadətidir"
Ağa Hacıbəyli bildirib ki, Quranda müxtəlif yerlərdə qorxunu ifadə edən feillərdən istifadə olunsa da, bunun ən ali səviyyəsi təqvadır:
"Qorxunun ən zirvə nöqtəsi təqva ilə ortaya qoyulur. Təqva bizim anladığımız can qorxusu deyil, insanın pis və şər işlərdən uzaq qalması, daxili ləyaqətinə zidd olan əməllərdən çəkinməsidir.
Həzrəti Əlinin bu mövzu ilə bağlı nöqtə qoyacaq çox gözəl bir kəlamı var: “Qorxudan doğan ibadət qul ibadətidir. Mənfəətdən doğan ibadət tacir ibadətidir. Sevgidən doğan ibadət isə azad insanın ibadətidir”.
Deməli, insanın İslamı könüllü qəbul etməsindən doğan bir qulluq anlayışı əsasdır”.
Cəhənnəm qorxusu kimlər üçündür?
İlahiyyatçı insandakı qorxu hissinin qoruyucu funksiyasından və cəza anlayışının mahiyyətindən də söz açıb:
"Allah-Taala insana qorxu hissini ona görə verib ki, insan öz həyatını təhlükələrdən qorusun. İslam dini mənəvi dəyərlərlə dolu bir dindir. Bu dinin içərisində mərhəmət, şəfqət və sevgi hissləri daha alidir. Lakin bu mərhəməti, sevgini və “Lə ilahə illallah” kəlməsini anlamayan, dünyadakı nemətləri fitnə-fəsada çevirən insanlar haqqında Qurani-Kərim qorxu kəlməsini işlədir. Çünki bu cür insanların sözlə, kəlamla anlayacaq bir şeyi yoxdur və Rəbbimiz onları əbədi həyatdakı cəhənnəm xəbərdarlığı ilə tərbiyə etmək istəyir”.
Çimnaz Telmanqızı
18:00 / 02 Sentyabr 2026
5
17:55 / 02 Sentyabr 2026
7
17:45 / 02 Sentyabr 2026
28
17:35 / 02 Sentyabr 2026
29
17:25 / 02 Sentyabr 2026
32
17:15 / 02 Sentyabr 2026
50
17:07 / 02 Sentyabr 2026
66
17:05 / 02 Sentyabr 2026
55
16:59 / 02 Sentyabr 2026
170
16:52 / 02 Sentyabr 2026
60
16:45 / 02 Sentyabr 2026
63
16:35 / 02 Sentyabr 2026
394
16:30 / 02 Sentyabr 2026
57
16:22 / 02 Sentyabr 2026
63
16:08 / 02 Sentyabr 2026
68
16:05 / 02 Sentyabr 2026
66
15:59 / 02 Sentyabr 2026
103
15:53 / 02 Sentyabr 2026
75
15:51 / 02 Sentyabr 2026
63
15:43 / 02 Sentyabr 2026
181
15:39 / 02 Sentyabr 2026
604
15:30 / 02 Sentyabr 2026
62
15:21 / 02 Sentyabr 2026
736
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.