Birinci vitse-prezident Mehriban Əliyeva bu tamaşanı izləyib -FOTOLAR
02 Noyabr 2026, 00:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
258
13.08.2026, 10:17
Bakıda mağazada başlayan yanğın evlərə keçib.
FED.az xəbər verir ki, hadisə paytaxtın 28 May küçəsində qeydə alınıb. Belə ki, obyektə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub. Digər mənzillərdə yaşayan sakinlər təxliyə edilib. Yanğın qısa müddətdə söndürülüb, bir nəfər sakin tüstüdən zəhərlənib. Hadisənin başvermə səbəbləri araşdırılır.
***
FHN-in məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verib.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360 kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38 kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12 kv.m sahədə və ümumi sahəsi 75 kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9 kv.m. sahədə yanıb.
Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
01:12 / 02 Noyabr 2026
46
00:41 / 02 Noyabr 2026
70
00:26 / 02 Noyabr 2026
78
00:06 / 02 Noyabr 2026
255
23:52 / 01 Noyabr 2026
175
23:45 / 01 Noyabr 2026
598
23:40 / 01 Noyabr 2026
95
23:27 / 01 Noyabr 2026
150
23:25 / 01 Noyabr 2026
372
23:14 / 01 Noyabr 2026
168
23:00 / 01 Noyabr 2026
417
22:56 / 01 Noyabr 2026
109
22:04 / 01 Noyabr 2026
108
21:49 / 01 Noyabr 2026
136
21:49 / 01 Noyabr 2026
113
21:26 / 01 Noyabr 2026
274
21:14 / 01 Noyabr 2026
302
20:55 / 01 Noyabr 2026
235
20:49 / 01 Noyabr 2026
113
20:35 / 01 Noyabr 2026
742
20:24 / 01 Noyabr 2026
152
20:20 / 01 Noyabr 2026
351
19:59 / 01 Noyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.