Azərbaycanda yeni cərimələr müəyyənləşdirilir
31 Oktyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
230
12.08.2026, 10:16
İnklüziv rəqəmsal mühitin yaradılmasına önəm verən Bir ekosistemi, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) "Hər yaşa dost" (Age-friendly) konsepsiyası çərçivəsində 60 yaşdan yuxarı şəxslər üçün istifadəçi təcrübəsi və maarifləndirmə sessiyası təşkil edib.
Təşəbbüsə “Üçüncü Bahar” İctimai Birliyinin YAŞA Mərkəzindən 40-a yaxın təqaüdçü qatılıb. Onlar Bir-in rəqəmsal xidmətləri ilə tanış olaraq bir çox funksionallığı sınaqdan keçirib təəssüratlarını və təkliflərini bölüşüblər. İştirakçıların rəyləri xidmətlərin daha rahat və anlaşıqlı olması, funksiyaların isə yuxarı yaş qrupuna aid istifadəçilərin ehtiyaclarına daha uyğun təqdim edilməsi baxımından faydalı olub.
Sessiyada səsləndirilən fikir və təkliflər Bir-in məhsul və xidmətlərinin daha da təkmilləşdirilməsində nəzərə alınacaq. Şirkət gələcəkdə də müxtəlif yaş qruplarından olan istifadəçilərlə belə görüşlər keçirməyi planlaşdırır.
Görüş çərçivəsində iştirakçıların rəqəmsal savadlılığının artırılması məqsədilə “Bank xidmətlərində təhlükəsizlik və istifadə təcrübəsi” mövzusunda xüsusi təlim də təşkil olunub. Təqaüdçülərə kiberdələduzluq riskləri və rəqəmsal bank xidmətlərindən təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (WHO) “Age-friendly” konsepsiyası insanların həyat boyu qabiliyyətlərini qorumasına və inkişaf etdirməsinə dəstək olmağı hədəfləyir. Bu yanaşmanın əsas məqsədi, yaşından asılı olmayaraq hər kəs üçün xidmətlərin, məhsulların və texnologiyaların əlçatan, rahat və istifadəsinin asan olmasını təmin etməkdir. Bu prinsiplər əsasında hazırlanan həllər yaşlı nəslin rəqəmsal xidmətlərdən daha inamla və rahat şəkildə faydalanmasına imkan yaradır.
Qeyd edək ki, Bir ekosistemi 2017-ci ildən etibarən YAŞA Mərkəzlərinə dəstək göstərərək təqaüdçülərin sağlam və aktiv həyat tərzini davam etdirmələri, eləcə də cəmiyyət həyatında fəal iştirak etmələri üçün müxtəlif təşəbbüslər həyata keçirir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart ilə qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
23:55 / 31 Oktyabr 2026
1286
23:52 / 31 Oktyabr 2026
270
23:44 / 31 Oktyabr 2026
411
23:22 / 31 Oktyabr 2026
107
22:59 / 31 Oktyabr 2026
227
22:32 / 31 Oktyabr 2026
1742
22:31 / 31 Oktyabr 2026
152
21:19 / 31 Oktyabr 2026
140
21:09 / 31 Oktyabr 2026
134
20:59 / 31 Oktyabr 2026
2887
20:51 / 31 Oktyabr 2026
257
20:46 / 31 Oktyabr 2026
138
20:37 / 31 Oktyabr 2026
127
20:33 / 31 Oktyabr 2026
181
20:25 / 31 Oktyabr 2026
111
19:58 / 31 Oktyabr 2026
430
19:44 / 31 Oktyabr 2026
121
19:37 / 31 Oktyabr 2026
107
19:29 / 31 Oktyabr 2026
808
19:28 / 31 Oktyabr 2026
222
19:26 / 31 Oktyabr 2026
365
19:20 / 31 Oktyabr 2026
122
19:20 / 31 Oktyabr 2026
1275
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.