Bu şəxslər evlərini itirəcək
31 Oktyabr 2026, 13:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
70
31.10.2026, 13:35
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb.
Oxu24.com xəbər verir ki, bu sözləri Coğrafiya İnstitutunun "Xəzər dənizinin coğrafiyası" laboratoriyasının müdiri Səid Səfərovun "Kaspi" qəzetinə müsahibəsində deyib.
S.Səfərovun sözlərinə görə, Xəzər dənizinin geri çəkilməsinin müxtəlif səbəbləri var:
“Onlardan biri antropogen amillərdir. Xəzər qapalı su hövzəsi olduğundan dənizin səviyyəsi, ilk növbədə, su balansından - hövzəyə daxil olan və itirilən suyun miqdarı arasındakı fərqdən asılıdır. Hazırda həm Volqa çayının, həm də Xəzərə tökülən digər çayların sularından təsərrüfat məqsədləri üçün geniş istifadə olunur. Bundan başqa, çay hövzələrində, xüsusilə Volqa çayı üzərində çoxsaylı iri su anbarları yerləşir. Onların ümumi sahəsi 36 min kvadratkilometrdən çoxdur. Su elektrik stansiyalarının normal fəaliyyətini təmin etmək üçün həmin anbarlarda müəyyən su səviyyəsinin qorunması da tələb olunur. Nəticədə suyun bir hissəsi anbarlarda saxlanılır və Volqa çayının Xəzərə çatdırdığı suyun həcmi azalır. İqlim amilləri də bu prosesə təsir göstərir. Qlobal istiləşmə və temperaturun yüksəlməsi dənizin səthindən buxarlanmanı artırır. Volqa hövzəsinin şimal ərazilərində temperatur artımının daha intensiv olması yay aylarında buxarlanmanı gücləndirir. Yağıntıların Xəzərin su balansına təsiri nisbətən azdır. Burada əsas rolu çayların gətirdiyi suyun həcmi və dənizin səthindən buxarlanma oynayır”.
O qeyd edib ki, mövcud hesablamalara əsasən, hətta Paris Sazişinin hədəflərinə əməl olunsa belə, əsrin sonunadək Xəzərin səviyyəsinin 8-9 metr aşağı düşəcəyi proqnozlaşdırılır:
“İqlim öhdəlikləri yerinə yetirilməzsə, bu göstərici 18-19 metrə çata bilər. Bunlar ən mənfi ssenarilərə əsaslanan proqnozlardır. Belə bir azalma Xəzər dənizi və ətraf ölkələr üçün fəlakətli nəticələr doğura bilər.
Xəzərin səviyyəsinin 18-19 metr aşağı düşməsinin nə demək olduğunu təsəvvür edin. Bu halda Bakı bulvarı dənizdən 20-30 kilometr uzaqda qala bilər. Dəniz çəkildikcə tamamilə yeni infrastrukturun qurulmasına ehtiyac yaranacaq. Bu isə külli miqdarda vəsait tələb edir. Belə bir ssenari gəmiçilik və dəniz nəqliyyatı üçün də ciddi problemlər yaradacaq. Şimali Xəzərin orta dərinliyi hazırda təxminən 5 metrdir, ən dərin hissələrində isə bu göstərici 20-22 metrə çatır. Artıq indidən Şimali Xəzərdə gəmi hərəkəti ilə bağlı ciddi çətinliklər mövcuddur. Dənizin səviyyəsi daha 18-19 metr aşağı düşərsə, Şimali Xəzərin böyük hissəsi tamamilə quruyacaq və Volqa çayı ilə əlaqəsi, demək olar ki, kəsiləcək. Çay dənizə ayrı-ayrı qollarla tökülsə də, iri gəmilərin hərəkəti mümkün olmayacaq. Xəzər həm də mühüm enerji mənbəyidir. Burada neft və qaz hasil olunur. Hasilat infrastrukturu dənizin müəyyən səviyyəsi və dərinliyi nəzərə alınmaqla qurulub. Səviyyənin kəskin azalması neft və qaz hasilatında, eləcə də onların daşınmasında ciddi problemlər yarada bilər. Mövcud nəqliyyat və hasilat sistemlərinin fəaliyyəti çətinləşəcək. Buna görə də alternativ həllər tapılmalı, yeni layihələr hazırlanmalı və əlavə infrastruktur qurulmalıdır. Bütün bunlar isə çox böyük maliyyə vəsaiti tələb edəcək”.
13:49 / 31 Oktyabr 2026
15
13:37 / 31 Oktyabr 2026
244
13:00 / 31 Oktyabr 2026
60
12:52 / 31 Oktyabr 2026
153
12:42 / 31 Oktyabr 2026
510
12:28 / 31 Oktyabr 2026
80
12:23 / 31 Oktyabr 2026
762
12:10 / 31 Oktyabr 2026
74
11:42 / 31 Oktyabr 2026
93
11:40 / 31 Oktyabr 2026
233
11:36 / 31 Oktyabr 2026
374
11:34 / 31 Oktyabr 2026
76
11:15 / 31 Oktyabr 2026
1233
11:12 / 31 Oktyabr 2026
84
11:10 / 31 Oktyabr 2026
190
10:25 / 31 Oktyabr 2026
95
10:24 / 31 Oktyabr 2026
81
09:22 / 31 Oktyabr 2026
97
04:25 / 31 Oktyabr 2026
389
00:59 / 31 Oktyabr 2026
148
00:50 / 31 Oktyabr 2026
701
00:24 / 31 Oktyabr 2026
154
00:18 / 31 Oktyabr 2026
321
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.